Page 126 - design_Topcubashov_Full_Layout 1
P. 126
Əlimərdan bəy Topçubaşov
mehmanxanasının restoranında nahar. Xusainovun Ural
çayının qarşı tәrәfindәki bağında gәzinti. Nemәtulla molla 125
ilә görüş. Topolev bağındakı restoranda şam yemәyi. Türk
motivlәri.
17 iyun
Xeyrulla molla Usmanovu 126 vә başqalarını ziyarәt. Duma
vә fraksiyalar haqda mәlumatla bağlı tezislәrin, habelә geniş
proqramın tәrtibi. “Amerika” mehmanxanasının restoranında
nahar. Xusainiyyә mәdrәsәsinә 127 baxış. Üçmәrtәbәli böyük
binadır. Birinci vә ikinci mәrtәbәlәrindә sinif otaqları, birinci
mәrtәbәdә hәmçinin yemәkxana yerlәşir. Üçüncü mәrtәbәdә
180 nәfәr üçün nәzәrdә tutulan yataq otaqları var. Bütün
mәrtәbәlәrdәki kranlar yuyunmaq baxımından çox narahatdır.
Tәbii ehtiyacların rәf olunduğu yerlәr dә o qәdәr tәmiz
deyil. Sinif otaqlarındakı mebel sadә üslubdadır. Kiçik kitab
rәflәri, habelә fizika vә kimya kabinetlәri üçün nәzәrdә
126 tutulan otaqlarda bәzi cihazlar var. Hazırda binada tәmir
getdiyindәn (1902-ci ildә tikilib) avadanlıqlar boş otaqlara
yığılıb. Hәyәtin o biri başındakı köhnә mәdrәsә binasında
kiçik xәstәxana da var. Lakin kifayәt qәdәr tәmiz saxlanılmır.
Bütünlükdә binada sәliqә-sahman gözә çarpmır. Әsas girişdәki
pillәkәnlәr ovulub-tökülür. Üçüncü mәrtәbәdәki üç yataq
bölmәsindә çarpayılar bir-birinә hәddәn artıq yaxın qoyulub.
Lakin istәnilәn halda belә bir bilik mәbәdini tәsis etdiyi
üçün Әhmәd bәy Xusainova 128 minnәtdar olmaq lazımdır.
İşinin davamçıları – vәsiyyәtinә әsasәn tәyin olunmuş 12
nәfәr himayәçi indiyә qәdәr mәrhumun iradәsini istәdiyi
şәkildә yerinә yetirәrәk mәktәbi arzu edilәn sәviyyәyә
yüksәldә bilmәyiblәr. Amma bununla belә, xoşagәlәn haldır
ki, üçüncü mәrtәbәnin damında mәscid üçün ayrılmış yerdә
qübbә, üzәrindә isә gümüşü ay-ulduz ucaldılıb. Hәm dә
mәdrәsәnin hәyәtindә ayrıca mәscidin olması bu işi görmәkdәn
çәkindirmәyib. Bәli, hәm sevindirici, hәm dә kәdәr doğurucu
hallar vardı. “Vakıt” qәzetinin redaksiyasında Xeyrulla