Page 115 - design_Topcubashov_Full_Layout 1
P. 115

...Xalqımızın müstəqil yaşayacağına inanırdıq


           növbәdә indiyә qәdәr öz tiran xüsusiyyәtlәrini qoruyub
           saxlayan mütlәqiyyәt rejimlәrindәn gedir.
               İndi cәsarәtlә demәk olar ki, artıq öz xaqlarının qanını
           soran Şәrq hakimiyyәtlәrinin dә kitabı bağlanıb.
               Bu sevindirici nicat missiyasının başlanğıcını İranda
           görürük. Vә baş verәnlәr tamamilә tәbiidir. Şәrәfli tarixә,
           ibrәtamiz bәdii әdәbiyyata, bir zamanlar böyük mәdәniyyәtә
           malik olmuş farslar Şәrq xalqlarının azadlıq hәrәkatının ön
           sıralarında yer almalı idilәr. Tәbii ki, bu mәqamda yaranış
           etibarı ilә istedadlı vә yeniliklәrә tez uyğunlaşmağı bacaran
           xalq Şәrqdә hamıdan birinci olaraq “Rәdd olsun zülm!”
           Rәdd olsun yalnız öz mәnfәәtini güdәn satqın hakimiyyәt!”
           “Yaşasın azadlıq vә xalq tәmsilçiliyi ilә qurulan hakimiyyәt!”
           şüarları ilә meydana çıxmalı idi.
               Vә yaxın qonşuluğumuzda yaşayan xalqın yuxarıdakı
           şüarları hayqıran sәsi açıq-aydın qulaqlarımıza çatır,
           qәlblәrimizi sevinclә doldurur. Bu, artıq hökmdarın qarşısında
           diz çöküb yalvaran deyil, hökmlә haqqını, hüququnu tәlәb    115
           edәn fars xalqının sәsidir. Bu, artıq kimliyindәn – acgöz
           hakimiyyәt, satqın mәhkәmәlәr, lәyaqәtsiz ülәma şәklindә
           meydana çıxmalarından asılı olmayaraq, bütün yaramaz
           ünsürlәrә qarşı mübarizә aparan xalqın sәsidir.
               Biz fars xalqının şәrәfsiz vә satqın hakimiyyәtә qarşı
           ciddi nәticәlәr doğuracağına kimsәnin şübhә etmәdiyi şәrәfli
           mübarizәsinin aşkar tәzahürlәrini görmәkdәyik.
               Qәzetimizә dünәnki müsahibәsindә ziyalı fars elә faktlardan
           danışdı ki, onlar İranın inqilabi әhval-ruhiyyәdә olduğunu
           açıq-aşkar göstәrmәkdәdir. Doğrudan da, Xorasanın әn
           nüfuzlu ruhanilәrindәn birini mütәrәqqi fikirli şәxslәrin
           tәlәblәrinә boyun әymәyә, xalqın çoxminli mitinqindә İranın
           keçmiş sәdrәzәminin Mәşhәdә girişini yasaqlayan fitva
           vermәyә mәcbur etmәk, әn başlıcası isә bütün bunları әzmlә,
           bir addım da geri çәkilmәdәn hәyata keçirmәk – bunlar
           günümüzdәki farsların güclü inqilabi әhval-ruhiyyәsinә
   110   111   112   113   114   115   116   117   118   119   120