Page 114 - design_Topcubashov_Full_Layout 1
P. 114

Əlimərdan bəy Topçubaşov


                  vәchlә islam dini tәlimindә xalq hakimiyyәti anlayışı ilә
                  ziddiyyәt tәşkil edәn mәqamlar axtarmaq vә görmәk düzgün
                  deyil. Bir dini tәlim kimi islam deyil, Şәrq dövlәtlәri, daha
                  doğrusu, onların hakimiyyәtlәri despotik idarәçiliyin
                  tәlәblәrindәn doğan amansız, әdalәtsiz qaydalar müәyyәn
                  edib ki, bu da mahiyyәt etibarilә islamın humanist tәlәblәrinin
                  pozulmasına sәbәb olub.
                     Dediyimiz kimi, belә qaydaları yalnız öz maraqlarını
                  güdәn hakimiyyәtlәr irәli sürür vә hәr vasitә ilә qoruyub
                  saxlamağa çalışırdılar. Şәrq xalqları isә yalnız mәcburiyyәt
                  üzündәn dözmәli olurdu. Lakin heç vaxt ictimai-sosial
                  quruluşun xalis antisosial forması sayılan despotik
                  monarxiyalara rәğbәtlә yanaşmırdılar vә yanaşa da bilmәzdilәr.
                     Xalq kütlәlәrinin hakimiyyәtә qarşı narazılığı hәmişә
                  gündәlikdә dayanırdı. Amma mövcud şәraitdәn asılı olaraq
                  narazılıq ya ümumiyyәtlә, hәr hansı şәkildә baş qaldırmır,
                  bәzi nadir tәsadüflәrdә isә hәtta “әn dilsiz-ağızsız xalqların”
         114      da sәbir kasası daşanda özünü göstәrirdi.
                     Ayrı-ayrı şәxslәrin, müxtәlif qrupların açıq etirazları,
                  gizli әdәbiyyat, xaricdә nәşr olunan vә hökumәtin eyiblәrini
                  cәsarәtlә qamçılayan milli nәşrlәr, qonşularımız arasında
                               90
                  “gәnc türklәr” , yaxud “gәnc farslar” hәrәkatı kimi sonradan
                  güclü partiyalara çevrilәn dәrnәklәrin yaranması, tez-tez baş
                  verәn üsyanlar – inqilabi hәrәkatın әlamәtlәri kimi meydana
                  çıxan belә ümumxalq etirazları son yüzillikdә Şәrq dövlәtlәrinin
                  hәyatında daha tez-tez tәkrarlanırdı.
                     Lakin hәr biri ayrılıqda götürülәn bu hadisәlәrin sanki o
                  qәdәr dә ciddi әhәmiyyәt daşımadıqları tәәssüratı yaranırdı.
                  Bizim mәtbuat da onlara mühüm proseslәrin başlanğıcı kimi
                  yanaşmaq fikrindәn uzaq idi.
                     Şәrq xalqlarının xoşbәxtliyindәn, mәtbuatın formalaş -
                  dır mağa çalışdığı münasibәt düzgün çıxmadı. Әgәr indi,
                  hәqiqәtәn dә, bu ölkәlәrdә mәhvә mәhkum olan bir şeyin
                  mövcudluğunu etiraf etmәk zәrurәti yaranıbsa, söhbәt ilk
   109   110   111   112   113   114   115   116   117   118   119