Page 109 - design_Topcubashov_Full_Layout 1
P. 109

...Xalqımızın müstəqil yaşayacağına inanırdıq


           gәtirdiyi sevincin vaxtsız, ani, keçici olmasının yaratdığı
           ümidsizlik dә itkinin miqyasına uyğun nisbәtdә böyük idi.
           Hәr şeyin әvvәlki, әski vәziyyәtinә qayıtması insanları daha
           çox sıxmağa başladı. Tәәssüf ki, keçmişin kәdәrli günlәri
           tezliklә geri döndü vә insanların ani sevinclә nurlanmış
           hәyatı daha qaranlıq, daha fәrәhsiz oldu.
               Bütün ölkә üzәrinә qara qanadlarını gәrmiş irtica ucqarlarda
           daha mәnhus simada meydana çıxdı, köhnә rejimin sonsuz
           iztirablarla üzüb әldәn saldığı xalqın varlığını mәhvin
           astanasına gәtirdi.
               – Aha, demәli, siz, doğrudan da, azadlıq istәyirmişsiniz,
           – deyә irtica әjdahası mәkrli sevincini gizlәtmirdi. – Bir az
           da gözlәyin...
               Vә ardınca bir tәrәfdәn talanlar, yanğınlar, soyğunlar,
           qәtllәr, qırğınlar, o biri tәrәfdәn isә axtarışlar, hәbslәr,
           sürgünlәr, edamlar, cәzalandırma ekspedisiyaları, güllәlәnmә
           hökmlәri, hәrbi-sәhra mәhkәmәlәri başlandı.
               Cәza tәdbirlәrinin “sәbәblәrini aydınlaşdırmaq” üçün    109
           hökumәtin cәbbәxanasındakı köhnә vasitәlәr – “inqilabi
           fәaliyyәt”, “separatçı niyyәtlәr”, “milli nifaq”, “әhalinin bir
           hissәsinin digәr hissәsinә qarşı dini vә iqtisadi xarakterli
           düşmәnçiliyi” kimi sınaqdan çıxarılmış bәhanәlәr işә salındı.
               Artıq diaqnoz qoyulmuşdu, türkәçarә müalicәsi isә az
           qala hәr tәsadüfdә hәrbi-sәhra mәhkәmәsi kimi güclü vә
           tәsirli “dәrman”la aparılırdı. “Müalicә” o qәdәr sürәtli, o
           qәdәr qәtiyyәtli idi ki, çoxumuz sarsılmış, әl-qolumuzu
           yanımıza salmış, hәtta baş verәnlәrin mahiyyәtini anlamaqdan
           ötrü sәrbәst mühakimә qabiliyyәtimizi dә itirmişdik. Tәbii
           ki, belә ruh düşkünlüyü şәraitindә bütün mövcud fakt vә
           hadisәlәri, eyib vә qüsurları obyektiv dәyәrlәndirmәk imkanına
           malik deyildik. Ona görә dә diaqnoz qoymaq vә müalicәyә
           başlamaq әlimizdәn gәlmirdi. Yaxşısı budur, olub-keçәnlәr
           haqda mülahizә yürütmәyi gәlәcәk tarixçinin öhdәsinә
           buraxaq. Çünki o, geriyә baxınca bizim qarma-qarışıq
   104   105   106   107   108   109   110   111   112   113   114