Page 106 - design_Topcubashov_Full_Layout 1
P. 106
Əlimərdan bəy Topçubaşov
Ucsuz-bucaqsız әraziyә malik canişinliklә bağlı bütün işlәr
burada cәmlәşib, yaxud belә işlәr hәllini yalnız Tiflisdә
tapır. Qafqaz xalqlarının hamısının nümayәndәlәri vahid
mәrkәz kimi bura axışırlar. Bölgәdә mülki vә siyasi azadlıqlar
zәminindә yeni hәyat şәrtlәrinin formalaşması üçün zәruri
olan ümumqafqaz seymi vә nümayәndәlik sәciyyәsi daşıyan
digәr müәssisәlәr, tәbii ki, burada fәaliyyәt göstәrәcәk.
Ona görә dә Tiflisdәki kәdәrli hadisәlәr iztirab içindә
qovrulan yaralı ürәklәrimizә dağ basır. Heç olmazsa, bütün
canişinlik üçün ümumi olan bu mәrkәzi toqquşmalardan
aralı saxlayaydılar, Qafqazın günahsız oğullarının qanı ilә
suvarmayaydılar. Amma Tiflis qәzetlәrinin yaydığı xәbәrә
görә, bir neçә saat әrzindә iyirmiyә qәdәr tatar vә ermәni
öldürülüb, yaxud yaralanıb.
Yeni günahsız vә lüzumsuz qurbanlar! Hәlak olan
zavallıların qanı bizi, bütün qafqazlıları, kimin ürәyindә,
azacıq da olsun, Allah xofu vә mәrhәmәt duyğusu varsa, hәr
106 kәsi qırğını dayandırmağa çağırır.
Ermәnilәr vә tatarlar, soydaşlarınıza, özünüzә, ailәnizә,
ölkәnizә rәhm edin! Axı günahsız qurbanlar sizin
qardaşlarınızdır, eyni vәtәnin övladlarıdır, hamımız üçün
vahid olan Allahın bәndәlәridir. Axı onlar da yaşamaq,
milyonlarla insanın kölәlikdәn qurtulmasında iştirak etmәk
istәyirdilәr. Axı bu günahsız bәndәlәri dә Allah yaratmışdı.
İndi isә onlar Qafqazın şәr dahisinә – ecazkar ölkәnin
varlığını zәhәrlәyәn milli ayrı-seçkilik bәlasının insanların
başına açdığı dәhşәtli faciәyә sevinәn şeytana qurban veriliblәr.
Hәm dә mәnhus iş o zaman görülüb ki, uşaqdan böyüyә
bütün qafqazlılar birlәşmәli, әl-әlә verib yekdil qüvvә ilә
ölkәni azadlıq hәrәkatı yoluna çıxarmalıdırlar.
Xalqın hüququnu belәmi qoruyarlar? Azadlıq uğrunda
belәmi mübarizә apararlar?
Mәgәr indi qüvvәlәri parçalamaq, zәiflәtmәk zamanıdır?
Axı bu, sizin hәr biriniz üçün, bütün ermәnilәr vә tatarlar