Page 103 - design_Topcubashov_Full_Layout 1
P. 103
...Xalqımızın müstəqil yaşayacağına inanırdıq
Biz artıq “Müsәlmanlar azadlıq mübarizәsindә” adlı
mәqalәmizdә bu barәdә danışmışdıq vә bir daha tәkrar edirik
ki, 17 Oktyabr manifesti ilә elan olunan azadlıqlar uzun
onilliklәr boyu tam hüquqsuzluq şәraitindә yaşamış müsәlman
xalqlar üçün xüsusilә әziz vә qiymәtlidir. Çünki belә ağır,
mәhrumiyyәt dolu şәraitdәn sonra onlar bәşәr cәmiyyәtinin
formalaşdırdığı mәdәni başlanğıclar әsasında ağıllı vә
düşünülmüş sәrbәst hәyat tәminatı üçün hәqiqi zәmanәt
almaqda hamıdan çox maraqlıdırlar.
Bura qәdәr dediklәrimizdәn çıxan nәticә belәdir ki,
müsәlmanlar da rus cәmiyyәtinin mütәrәqqi tәbәqәlәrinin
mübarizәsinә qoşulmalı, onlarla birlikdә mülki vә siyasi
azadlıqların tәmin olunması uğrunda mübarizә aparmalıdırlar.
Unutmamalıyıq ki, müsәlman kütlәlәrinin xoşbәxtliyi, rifahı
hәmişә sülh vә anlaşma şәraitindә yaşadıqları rus xalqının
rifah vә tәrәqqisi ilә sıx bağlı olub.
İndi bizim müsәlmanların qarşısında da 17 Oktyabr
manifestinin yaratdığı geniş imkanlar sayәsindә azad, mәdәni 103
cәmiyyәtdә yaşamaqla bağlı böyük fürsәt vә hәrtәrәfli
fәaliyyәt meydanı açılır. Doğrudur, önümüzdәki tarla hәlә
becәrilmәyib, hәtta müsәlmanların ora ilk dәfә ayaq basdıqlarını
söylәmәk mümkündür. Amma heç nәyә baxmadan tarixi
mәqamdan yararlanmaq lazımdır. Bu, özünü yeni şәraitdә
dirçәlmәkdә olan rus cәmiyyәtinin layiqli üzvü kimi tәsdiq
baxımından da çox vacibdir. Belә fәaliyyәt eyni zamanda
müsәlmanların hamının qoşulduğu azadlıq mübarizәsindәn
kәnarda qalmadıqlarının göstәricisidir. Ümumi vәtәnimizin
gәlәcәyi, dövlәtimizin mәnafeyi, nәhayәt, milli maraqlarımız
fәal olmağı bütün Rusiya müsәlmanlarından tәlәb edir.
Bu mәnada Rusiyadakı dindaşlarımızın fәaliyyәti, sağlam
ağıla әsaslanan azad hәyat uğrunda mübarizәsi qonşu
müsәlman dövlәtlәrinin – İran vә Türkiyәnin әhalisinә dә
böyük mәnәvi tәsir göstәrә bilәr. Şübhә yoxdur ki, azad,
qüdrәtli Rusiyanın imza atdığı dәyişikliklәr hәmin ölkәlәrdә