Page 108 - design_Topcubashov_Full_Layout 1
P. 108
QAFQAZ MÜSӘLMANLARININ
VӘZİYYӘTİNӘ DAİR
ki ildәn bәri Rusiya dövlәtindә hökm sürәn xaotik
vәziyyәt ucqarlarda xüsusi ilә ağrılı әks-sәda
İdoğurmaqdadır.
Әsrlәr boyu ruslaşdırma siyasәtinin uğurla hәyata
keçirilmәsi üçün tәqib vә repressiya obyektinә çevrilmiş
ucqarların “yadelli vә yad dinli” әhalisi, heç şübhәsiz, xalqa
azadlıqlar verilmәsi haqda çar manifestini razılıqla qarşılamalı
idi. Hәqiqәtәn dә, onlar tarixi hadisәyә ürәkdәn sevindilәr.
Ali hakimiyyәtin ölkәnin ictimai vә dövlәt hәyatını mülki-
siyasi azadlıqlar zәminindә xalqın kömәyi vә fәal iştirakı ilә
yenidәn qurmaqla bağlı qәti niyyәtinin әn yüksәk sәviyyәdә,
tәntәnә ilә elan olunması ucqarlardakı insanların ürәyini
108 sevinclә doldurdu. Polis-bürokratik rejimindәn tezliklә nicat
yolu tapacaqları ilә bağlı ümidlәri artdı. Çünki onilliklәr
boyu bu zülm altında әn çox onlar әzilmәli, mәhrumiyyәtlәrә
qatlaşmalı olmuşdular. Hökumәtin hansısa “yüksәk siyasәt”inin
tәlәblәri әsasında imperiyanın ögey övladlarına çevrilmişdilәr.
Ucqar әyalәtlәrdә hamıya elә gәlirdi ki, artıq qanunsuzluqların,
inzibati özbaşınalıqların, yerli әhalini siyasi, dini vә s.
motivlәrlә sıxışdırmağın sonu gәlib çatmışdır. Әhali isә
çoxdan ucqarların zülmkar hakimlәri vә onların agentlәrinin
nәzәrindә ucdantutma hamıya yapışdırılan “separatçı” damğası
qazanmışdı. Ucqarların daha yaxşı gәlәcәk ümidi ilә qanadlanan
sakinlәrinin işığın qaranlıq, xeyirin şәr üzәrindә qәlәbәsinin
rәmzinә çevrilmiş azadlıq hәrәkatının qızğın tәrәfdarları
kimi tanınmaları tam tәbii idi.
Bu baxımdan böyük ümidlәrә yol açan rus azadlıq
hәrәkatının elә başlanğıc mәrhәlәdә iflasa uğraması ucqarlar
üçün xüsusilә mәhvedici zәrbәyә çevrildi. Azadlıq müjdәsinin