Page 111 - design_Topcubashov_Full_Layout 1
P. 111

...Xalqımızın müstəqil yaşayacağına inanırdıq


           istәmirlәr. Kimi dindirsәn, ancaq milli zәmindәki әdavәtin
           saysız-hesabsız ziyanından söz açır.
               Yelizavetpol quberniyasının sakinlәrindәn biri redaksi -
           yamıza göndәrdiyi mәktubda öz vәziyyәtini belә tәsvir edir:
           “Mәnә elә gәlir ki, ölmüşәm vә bir dә heç zaman insan kimi
           yaşaya bilmәyәcәyәm”.
               Bütün ömrü boyu, böyük zәhmәt hesabına qazandığı hәr
           şeyi bir neçә gün içindә itirәn insanın göz yaşı axıtması,
           әlbәttә ki, tәbii vә başa düşülәndir. Lakin hәyatın qalan
           hissәsinin faydasız ah-vaya vә şikayәtlәrә sәrf olunmasının
           әbәsliyi dә eyni dәrәcәdә aydın, anlaşılandır. Yaxşı olar ki,
           hәmin vaxt vә enerji hadisәlәrin kәdәrli nәticәlәrinin mümkün
           qәdәr tezliklә aradan qaldırılmasına, daha çox isә onların
           yenidәn, nә zamansa tәkrarlanmamasına yönәldilsin.
               Qarşıda duran mәsәlәnin hәlli asan deyil. Bu işlә bütün
           müsәlman cәmiyyәti mәşğul olmalıdır.  Vә üzlәşdiyimiz
           problemin çözülmәsindә “Güc birlikdәdir!” prinsipinin tәtbiqi
           hәr zamankından daha zәruridir. Amma tәәssüflәr olsun ki,   111
           milli ictimai fәaliyyәtin bu böyük çarxını hәrәkәtә gәtirmәk
           işi müsәlmanlar arasında son dәrәcә çәtindir. Başlıca sәbәb
           isә hәr hansı mütәşәkkil ictimai tәşkilat, yaxud ittifaqa malik
           olmamağımızdır. Hәtta adicә “xeyriyyә tәşkilatlarımız” da
           indiyә qәdәr yalnız iki şәhәrdә mövcuddur.
               Ona görә dә indiki şәraitdә ortaya çıxmış çәtinliyin
           mümkün hәll yolu tezliklә Qafqaz müsәlmanlarının
           qurultayının çağırılmasıdır. Qurultayda müxtәlif yerlәrdәn
           gәlmiş nümayәndәlәr vәziyyәtin mürәkkәblik dәrәcәsini
           aydınlaşdıraraq... (Qәzet mәtni burada qırılır – Tәrc.)


                            “Каспий”, № 218, 12 oktyabr 1906-cı il.
   106   107   108   109   110   111   112   113   114   115   116