Page 113 - design_Topcubashov_Full_Layout 1
P. 113
...Xalqımızın müstəqil yaşayacağına inanırdıq
cәhdlәri mövcud mәdәni cәmiyyәtlәri Şәrqin çürümәkdә
olan mәhvedici ünsürlәrindәn mümkün qәdәr tәcrid etmәyә
yönәlmәlidir. Özlәrini sivilizasiyanın qoynunda sayanların
bu cәhdlәr zәminindә necә vәhşi instinktlәr vә böyük iştah
nümayiş etdirdiklәrini hәlәlik bir yana qoyaq. Bizdәn ötrü
ilk növbәdә belә bir cәhәti vurğulamaq vacibdir ki, fikirlәrdә
özünә möhkәm kök salmış baxışlar sisteminә görә, Şәrq
xalqları artıq tam mәhvә mәhkum topluluqlar kimi, әsas
prinsiplәrini Avropa sivilizasiyasının hazırladığı mәdәni
birgәyaşayışa vә müasir tәsirlәrә hәr hansı reaksiya vermәyә
qabil deyillәr. Vә bunun ümumi sәbәbi kimi (әn azı müsәlman
dövlәtlәrindәki ümumi sәbәbi kimi!) guya mәhdud teokratik
ehkamları ilә hәr cür mәdәni inkişafın, әqli-mәnәvi tәrәqqinin
qarşısını kәsәn islam dini göstәrilirdi. Bu dövlәtlәr üçün
әlәlxüsus Qәrbi Avropadakı mövcud xalq hakimiyyәti ideyası
tam yabançı vә qәbuledilmәz şәkildә qәlәmә verilirdi.
Doğuluşdan müti, itaәtkar olan, qismәt vә qәdәrә inanan
Şәrq xalqlarının Yer üzünә yalnız despotik mütlәqiyyәt 113
rejimlәrinin hakimiyyәtlәrinә boyun әymәk üçün gәldiklәri
hesab olunurdu. Ona görә dә bu xalqlar seçkili xalq hakimiyyәti
istәyindәn vә konstitusiya müәssisәlәrindәn min ağac uzaq
sayılırdılar.
Yalnız islam dininә nabәlәdlik böyük dini tәlim
yaradıcısının ruhu ilә tam ziddiyyәt tәşkil edәn belә fikirlәr
doğura bilәrdi. Sadә xalq dini olan islam hәlә ilk xәlifәlәrin
zamanından seçkili әsasda formalaşmağa vә inkişaf etmәyә
başlamışdı. O, birlәşmiş müsәlman cәmiyyәtlәrinin hәyati
tәlәblәrinә cavab verdiyindәn ictimai hüququn bütün
mәsәlәlәrini vә onlar üzәrindәki nәzarәt hüququnu ümumun
müzakirәsinә çıxarmaq niyyәtini bәyan etmiş vә belә bir
addım atmaqdan çәkinmәmişdi. İctimai әmlaka nәzarәt,
yoxsullara vә kimsәsizlәrә qayğı, әdalәt mühakimәsinin
qurulması – islamın bütün bu tәlәblәri xalq hakimiyyәti ilә
bağlı tәsәvvürlәrdәn irәli gәlirdi. Bu sәbәbdәn dә heç bir