Page 100 - design_Topcubashov_Full_Layout 1
P. 100
MÜSӘLMANLARIN
DİRÇӘLİŞ ERASI
u gün milyonlarla müsәlman qeyri-adi şәraitdә
Ramazan ayı әrzindәki otuzgünlük sınaqdan sonra
Bbaşa çatan Orucluq bayramını qarşılayır.
Orucluq – müsәlman dünyasının әn sayılıb-seçilәn
bayramlarından biridir. İslam dininin davamçıları onu daha
çox dәrin daxili mәzmununa görә belә yüksәk qiymәtlәndirirlәr.
İslamın müqәddәs kitabı Quranda Ramazan günlәrinin hәr
bir möminin hәyatındakı әhәmiyyәti barәdә son dәrәcә ülvi,
poetik sözlәrlә bәhs edilir. Bu izahatda insanın mәnәvi
tәbiәtini üzә çıxaran dәrin, etik mәzmunlu fәlsәfә ehtiva
olunur: onun yer üzündәki son dәrәcә böyük missiyası haqda
söhbәt açılır. Bәşәr övladının yalnız özünә deyil,
100 çevrәsindәkilәrә, bütün canlı varlıqlara, kainata münasibәtdә
müqayisәyәgәlmәz dәrәcәdә böyük tәyinatı vә vәzifәlәri
vardır. O, mәhәbbәtin, xeyirlә şәrin mühüm prinsiplәrinә
әmәl edirmi? İnsan Yer üzündәki müvәqqәti hәyatında
göylәrdәn nazil olan, bәşәr övladının bütün әmәllәrinә işıq
salan, hәr bir şüurlu varlıq üçün yolgöstәrici ulduza çevrilәn
ilahi, sәmavi mәnşәli humanist prinsiplәri әldә rәhbәr
tuturmu? Gündәlik hәyat bitib-tükәnmәk bilmәyәn xırda
qayğıları ilә insanın fikrini o qәdәr mәşğul edir, bir-birini
әvәzlәyәn hadisәlәrin girdabında o, özünü elә unudur ki,
bәzәn hәrәkәtlәri haqda daxili hesabat vermәyi, üzәrinә
qoyulan yüksәk vәzifәlәrin icrası ilә bağlı fikirlәşmәyi
yaddan çıxarır. Geriyә qayıdıb düşünmәk, hәr şeyi yoxlamaq
üçün insana bir müddәt maddi vә bәzi mәnәvi nemәtlәrdәn
imtina etmәk lazımdır. Hәmin müddәtdә o, öz iç dünyasının
dәrinliklәrinә dala, vicdanını sorğu-suala tuta vә hәmcinslәrinә
münasibәtinin sәmimilik dәrәcәsini imtahan edә bilәr. Bu,