Page 97 - design_Topcubashov_Full_Layout 1
P. 97

...Xalqımızın müstəqil yaşayacağına inanırdıq


           17 Oktyabr manifestini böyük entuziazmla qarşılamalıdırlar.
           Çünki qeyd edilәn sәnәd, sözün hәqiqi mәnasında, mәnәvi-
           әxlaqi zülmdәn azad olmağın müjdәsidir.
               Tәkrar edirik: burada mәsәlә işin xalis dini tәrәfindә
           deyil. Әksinә, elan olunmuş vicdan azadlığı müsәlmanlar
           üçün ilk növbәdә indiyә qәdәr mәhz dini zәmindә aparılan
           ayrı-seçkiliyi aradan qaldırdığına görә qiymәtlidir. Bundan
           sonra müsәlmanların qarşısında da ümumvәtәndaş vә siyasi
           azadlıqlar zәminindә ağıllı sosial-siyasi hәyat üçün ortaq
           meydan açılır.
               Şübhә yoxdur ki, Rusiyanın digәr xalqları kimi, müsәl -
           manlar da azadlıq hәrәkatına töhfәlәrini verәcәklәr. Bu, ilk
           növbәdә özünü onların yeniliklәrә rәğbәtli münasibәtindә
           göstәrir. İnanırıq ki, ölkәnin müsәlman әhalisinin ümumi iş
           uğrunda şәrәfli mübarizә başlayan vә prosesi 17 Oktyabr
           manifestinә qәdәr gәtirib çıxaran qabaqcıl rus adamları ilә
           hәmrәy fәaliyyәti davam edәcәkdir.
               Doğrudur, ümumi şәkildә götürüldükdә, müsәlman           97
           kütlәlәri hәlә çox geridә qalırlar. Müsәlmanlar uzun müddәt
           tәcrid şәraitindә yaşayıblar. Lakin mülki vә siyasi azadlıqların
           münbit başlanğıcı öz-özlüyündә o qәdәr hәyati vә canlıdır
           ki, xalq kütlәlәri onların timsalında böyük mәktәb tapacaq.
           Layiqli mövcudluq üçün zәruri olan nemәtlәrin axtarışına
           çıxmaqda çox da lәngimәyәcәk.
               Mәdәni inkişafın nisbәtәn aşağı pillәsindә dayanan,
           amma böyük şövqlә, çevikliklә mülki vә siyasi azadlıqların
           mәğzini, mәnasını qısa zamanda anlayıb qiymәtlәndirәn
           xalqların tәcrübәsi yuxarıda söylәdiklәrimizin әn gözәl
           tәsdiqidir. Әlbәttә, istәr müsәlman әhalinin, istәrsә dә rus,
           ermәni vә gürcülәrin arasında yeni hәyat şәrtlәrinә rәğbәtlә
           yanaşmayanlar tapılacaq. Onlar yaramaz ünsürlәrdir. Belәlәrinә
           qarşı dünya bina olandan bәri xeyirlә şәr, işıqla qaranlıq
           arasındakı әbәdi vә barışmaz mübarizә kimi fasilәsiz bir
           savaş aparmaq lazım gәlәcәk. Ağıllı adam sәrbәst şәkildә
   92   93   94   95   96   97   98   99   100   101   102