Page 96 - design_Topcubashov_Full_Layout 1
P. 96
Əlimərdan bəy Topçubaşov
sәmirsiz etiraz kimi müәyyәn qәdәr birlәşmәyә vә köhnә
adәt-әnәnәlәrini hәr vasitә ilә qorumağa çalışıblar.
İndi hökumәtlә Rusiya müsәlmanları arasında yaranan
münasibәtlәri tәhlil edib dәyәrlәndirmәyin yeri vә zamanı
deyil. Yalnız onu vurğulamaq kifayәtdir ki, belә münasibәt
müsәlmanların qәlbindә tapındıqları hәr şeyi mәhv etmәyә
çalışan, süni әngәl vә maneәlәrlә mәnәvi-iqtisadi inkişaflarını
lәngidәn, çoxsaylı qadağalarla vәtәndaşlıq hüquqlarından
lazımınca istifadәyә imkan vermәyәn, onları ictimai fәaliyyәt
vә dini mәsәlәlәrdә ikinci dәrәcәli vәtәndaşa çevirәn ruslara
heç bir halda mәhәbbәt oyada bilmәzdi.
Aman Allah, әsrlәr boyu islam dininin davamçılarını
dinlәrindәn ayırmaq, uzaqlaşdırmaq üçün nә qәdәr qüvvә,
enerji, maddi vәsait sәrf olunub! Vә yәqin, bütün bunlar
yalnız ona görә edilib ki, Rusiya işıqlı vә möhtәşәm 17
88
Oktyabr günündә aşağıdakı sözlәri eşitsin: “Rus torpağında
hәr kәs öz dininә istәdiyi şәkildә ibadәt edә bilәr”.
96 İnanırıq ki, bu sözlәr söylәndiyi zaman hәr bir müsәlmanın
qәlbinin dәrinliklәrindә sevinc qığılcımı parladı. Hәm dә
yalnız dini ibadәt azadlığı verildiyinә görә yox! Ona görә
ki, bu mühüm prinsipin etirafı ilә hökumәtin bütün sahәlәrdә
müsәlmanlara bәslәdiyi münasibәtin tәmәl daşı olan bir
stimul aradan qalxırdı. Hәmin gündәn etibarәn müsәlmanlar
daha “qeyri-xristianlar” deyil, eyni hüquqlara malik Rusiya
vәtәndaşları idilәr. Vicdan azadlığının oxşar şәkildә
gerçәklәşmәsi ilә 17 Oktyabrdan etibarәn müsәlmanlara
münasibәtdә qanunvericilik, idarәetmә, tәhsil, mәhkәmә vә
digәr instansiyalarda istisnasız surәtdә hәr şeyә dini münasibәtә
әsaslanan yanaşma tәrzi ortadan götürülәcәk. Rusiya
müsәlmanlarına qarşı sәssiz sәlib yürüşünә çevrilәn bu
yanaşma forması әsrlәr boyu onların başına açılan müsibәtlәrin
mәnbәyi idi.
Müsәlmanların sevincinin sәbәbi azad vәtәndaş hüququ
qazanmalarındadır. Mәhz hәmin sәbәbdәn dә onlar hamısı