Page 95 - design_Topcubashov_Full_Layout 1
P. 95

MÜSӘLMANLAR AZADLIQ

                          HӘRӘKATINDA


                        üsәlmanlar say etibarilә Rusiyanın rus
                        әhalisindәn sonra ilk yerdә dayanırlar. Bu
               Mbaxımdan onların ölkәdә başlanan azadlıq
           hәrәkatına münasibәti vә gәlәcәkdә hәmin hәrәkatda necә
           rol oynayacaqları son dәrәcә mühüm әhәmiyyәt kәsb edir.
               Tәәssüflәr olsun ki, ara-sıra bәzi paytaxt qәzetlәrindә,
           habelә yerli mәtbuat sәhifәlәrindә mәsәlә ilә bağlı tәsadüf
           edilәn fikir vә mülahizәlәr nә düzgün işıqlandırılma, nә dә
           obyektivlik baxımından seçilir. Yaranmış vәziyyәt ilk növbәdә
           çoxmilyonlu Rusiya müsәlmanlarının dünyagörüşünә
           nabәlәdlikdәn, xüsusәn dә onların hәyat şәraiti vә mövcud
           vәziyyәtlәrinin formalaşmasına tәsir göstәrәn daxili vә xarici
           amillәrә xәbәrsizlikdәn irәli gәlir. Belә nabәlәdlik vә      95
           mәlumatsızlıq tәsadüfi hadisә deyil. O, rus cәmiyyәtinin
           bütün tarixindәn qırmızı xәtlә keçir. Bu tarix boyu biz Rusiya
           imperiyasının tәrkibinә dörd böyük çarlıq, onlarla xanlıq vә
           çoxsaylı vassal hakimiyyәtlәri ilә daxil olmuş müsәlmanlarla
           obyektiv zәmindә, әn azı, mәdәni mәsәlәlәrin hәlli, yaxud
           müsәlman hәyatının tәdqiqi mәqsәdi ilә yaxınlaşmaq, dialoq
           qurmaq istiqamәtindә hәr hansı ciddi tәşәbbüsә rast gәlmirik.
           Müsәlman hәyatının tәdqiqi vә öyrәnilmәsi ilә bağlı bәzi
           tәşәbbüslәr olmuşdusa da, onlar yalnız hökumәtin maraqları
           әsasında yerli rәislәrin әmri ilә baş tutub. Yaxud da әksәr
           hallarda ruslaşdırma mәqsәdlәrinә xidmәt edib.
               Müsәlmanlar isә aydın mәsәlәdir ki, belә münasibәtә
           daha çox kәnara çәkilmәklә, daha çox özlәrinә qapanmaqla
           cavab veriblәr. Sistemli şәkildә hәyata keçirilәn ruslaşdırma
           siyasәti nәticәsindә onlar daha çox içlәrinә çәkilib, hökumәtin
           özbaşınalığına, bütöv xalqların lәyaqәtini alçaltmasına sәssiz-
   90   91   92   93   94   95   96   97   98   99   100