Page 92 - design_Topcubashov_Full_Layout 1
P. 92

Əlimərdan bəy Topçubaşov


                  Rusiyanın 30 milyonluq müsәlman әhalisinin tatarca yeganә
                  mәtbu orqanı kimi qәzetin üzәrinә mühüm vә şәrәfli rol
                  düşmüşdü. Maarifçi әqidәli, millәtini sevәn, yorulmaq
                  bilmәdәn, әn başlıcası isә sәmәrәli şәkildә xalq işi üçün
                  çalışan “Tәrcüman”ın naşir vә redaktoru İsmayıl bәy
                  Qaspıralının xidmәtlәrinә dә layiqincә qiymәt verilmәlidir.
                     Bizim qәzetimiz (“Kaspi” nәzәrdә tutulur –  Tәrc.) öz
                  sәhifәlәrindә indiyә qәdәr “Tәrcüman”ın müsәlmanların
                  tәrәqqisinә göstәrdiyi mühüm, sәmәrәli tәsirә az yer ayırmayıb.
                  Odur ki, tәkrara yol vermәdәn mәsәlәnin yalnız bu cәhәtinә
                  diqqәt yetirәcәyik ki, müxtәlif bölgәlәrdә yaşayan, vahid
                  türk-tatar köklәrinә malik qohum xalqların maraq vә
                  mәnafeyini qorumaq kimi mürәkkәb vәzifә yalnız bir mәtbu
                  orqanın öhdәsindәn gәlә bilәcәyi iş deyildir.
                     Lakin buna baxmayaraq, dörddәbir әsrә yaxın müddәt
                  әrzindә Krımda çıxan qәzet tatar dilindә (ruscaya tәrcümәsi
                  ilә birlikdә) yeganә kütlәvi nәşr kimi qalmaqda davam
          92      etmişdi. Kazanda, Peterburqda vә digәr yerlәrdә yeni qәzetә
                  icazә almaqla bağlı göstәrilәn tәşәbbüslәrin heç biri sәmәrә
                  vermәmişdi.
                     Qafqazda qәzet nәşri ilә bağlı cәhdlәrin taleyi dә eyni
                  dәrәcәdә kәdәrli olmuşdu. Hәm dә maraqlıdır ki, rәdd cavabı
                  alanlar yalnız müsәlmanlar deyildi. Mәsәlәn, Qori müәllimlәr
                  seminariyası tatar şöbәsinin inspektoru, indi haqq dünyasına
                                       87
                  qovuşan Çernyayevski dә eyni münasibәtlә üzlәşmişdi.
                     Anadilli qәzet nәşri mәsәlәsindә yalnız bu son vaxtlarda
                  Mәhәmmәd ağa Şahtaxtinskinin bәxti gәtirib.
                     Cәnab Şahtaxtinskinin tatarca qәzet nәşrinә icazә alması
                  xәbәrini sağlam düşüncәyә malik bütün müsәlmanlar sevinclә
                  qarşıladılar. “Kaspi” dә birincilәr sırasında yeni әmәl qardaşı
                  “Şәrqi-rus”a xeyir-dua verdi, müsәlman әhalini ictimai
                  hәyatın yenilәnmәsi vә inkişafı baxımından xalqın anladığı
                  dildә mәtbuat kimi qüdrәtli vasitәyә yiyәlәnmәsi münasibәti
                  ilә tәbrik etdi.
   87   88   89   90   91   92   93   94   95   96   97