Page 88 - design_Topcubashov_Full_Layout 1
P. 88
Əlimərdan bəy Topçubaşov
oktyabrında Zaqafqaziya şeyxülislamı vә müftisindәn açılması
nәzәrdә tutulan tәdris müәssisәsinin әsas prinsiplәri ilә bağlı
mülahizәlәrini bildirmәyi, habelә seminariyanın tәşkili vә
saxlanması üçün zәruri xәrclәr haqqında әhatәli mәlumat
vermәyi xahiş edib.
Hazırda baş idarә rәisi vәzifәsini icra edәn general-
80
leytenant Malama da öz tәrәfindәn belә bir seminariyanın
fәaliyyәtini son dәrәcә mәqbul hadisә kimi dәyәrlәndirib.
Ali müsәlman ruhani idarәsinin tәqdim etdiyi layihәyә
әsasәn, Tiflisdә açılması nәzәrdә tutulan seminariya 50
nәfәrlik qapalı tәdris müәssisәsi olacaq. Lakin kәnardan
gәlәnlәrin mәşğәlәlәrә buraxılmasına da imkan yaradılacaq.
Burada belә bir tәdris proqramı tәklif olunur. Dillәr: әrәb,
fars, türk-tatar vә rus dillәri. Fәnlәr: a) dini elmlәr üzrә –
Quran şәrhi, peyğәmbәrlәrin vә bütünlükdә dinin tarixi,
ilahiyyat, ritorika; b) dünyәvi elmlәr üzrә – hesab, hәndәsә,
coğrafiya, ümumi tarix vә rus tarixi, Şәrq tarixi, formal
88 mәntiq, dövlәt hüququ vә müsәlman qanunşünaslığı (fiqh).
Bütün bu fәnlәr müvafiq tәdris planı vә Xalq Tәhsil Nazirliyinin
tәsdiq etdiyi әsasnamә üzrә tәdris olunacaq. Dәrslәri aparanlar
hüquqi baxımdan orta tәhsil müәssisәlәrinin müәllimlәrinә
bәrabәr tutulacaq. Tәdris müddәti, birillik hazırlıq sinfi dә
daxil olmaqla, sәkkiz ildir. Seminariyaya 9 yaşdan böyük,
14 yaşdan kiçik yeniyetmәlәr qәbul olunacaq. Mövcud
qaydalara әsasәn, dini fәnlәrin tәdrisi müsәlman ruhani
idarәsinin, digәr fәnlәr isә yerli tәhsil rәhbәrliyinin nәzarәti
altında hәyata keçirilәcәk. Seminariya binasının tikilmәsi,
avadanlıqlarla tәmin olunması vә saxlanması üçün aşağıdakı
vәsait qaynaqları tәklif edilir: a) Qafqaz mәscidlәri yanındakı
müsәlman vәqflәrinin illik gәlirlәrinin xәrclәnmәyәn izafi
hissәsi; b) hәmin vәqf mülklәrinin ehtiyat kapitalından
birdәfәlik ayrılan maliyyә yardımı; c) fәxri himayәçilәrin
üzvlük haqları; d) şәxsi ianәlәr; e) şәhәr vә kәnd icmalarının
tәqaüd ayırdığı tәlәbәlәrә ödәdiklәri mәblәğ. Vәzifәlәrinә