Page 85 - design_Topcubashov_Full_Layout 1
P. 85

...Xalqımızın müstəqil yaşayacağına inanırdıq


           xoşagәlmәz adәtlәri, vaxtı keçmiş әnәnәlәri vә s. barәdә
           yazsın. Mәncә, heç bir mәtbu orqan öz imkanı daxilindә
           belә faktların әhali arasında yayılmasından imtina etmәz.
           Әlәlxüsus “Kaspi”nin sәhifәlәri bu mövzulara hәr zaman
           açıqdır. Artıq ilk eskizlәrini cızmağa başladığımız “Qafqaz
           mәnzәrәlәri” yeni fakt vә mәlumatlar gözlәmәkdәdir.
               Qoy ermәni, gürcü, lәzgi, balkar vә s. millәtlәrә mәnsub -
           lu ğundan asılı olmayaraq, hәr bir savadlı, ziyalı qafqazlı
           yad da saxlasın ki, birbaşa peşә, sәnәt, xidmәt vә s. şәxsi
           borclarından әlavә daha vacib olan ümumi borc var. Bu borc
           isә hәr şeydәn öncә vәtәnin maraq larından irәli gәlir. Ümumi
           vәtәnimizin inkişafı vә çiçәklәnmәsi bütün Qafqaz xalqlarının,
           ilk növbәdә hәmin xalqların mütәrәqqi nümayәndәlәrinin
           ali vәzifәsi olmalıdır.
               Artıq bizim Qafqaz ziyalıları sosial-iqtisadi vә mәnәvi-
           әxlaqi maraqların yaratdığı mәnәvi yaxınlığı, qohumluğu
           başa düşmәlidir.
               Bu maraqlar naminә gürcü, tatar, ermәni ziyalılarının    85
           üzәrindә hәr birimizә әziz olan Qafqazın heyrәtamiz dağları,
           gözәl vadilәri, coşqun çayları, kölgәli bağları әks olunmuş
           bayrağı altında birlәşmәlәrinin vaxtıdır. Öz patriarxal-xeyirxah
           әnәnәlәrini yaşadan, bir vaxtlar qәhrәmanlıqları ilә ad çıxaran
           xalqların bir araya gәlmәlәri çox vacibdir.
               Artıq Qafqaz ziyalılarının mәnәvi birliyinin ilk işartıları
           görünmәkdәdir. Bu әlaqәlәri genişlәndirmәk isә yenә dә
           ziyalıların borcudur.
               Mәnәvi bağların hәr bir ziyalı şәxsin şüurunda yer
           tapması, möhkәmlәnmәsi vә yayılması – yeni il tәbrikimizin
           mәğzi, mayası da bundadır.
               Yeni iliniz mübarәk, qafqazlılar!

                                “Каспий”, № 1, 1 yanvar 1905-ci il.
   80   81   82   83   84   85   86   87   88   89   90