Page 80 - design_Topcubashov_Full_Layout 1
P. 80
Əlimərdan bəy Topçubaşov
qoyacaq vә bununla da, öz borcunu yüksәk sәviyyәdә yerinә
yetirәn bir din xadimi kimi, digәrlәri üçün dә hәqiqi örnәk
vә nümunәyә çevrilәcәk.
Onu da әlavә edәk ki, möhtәrәm Axundun mühüm
vәzifәyә tәyin olunması üstümüzә gәlәn bәlaya – vәba
epidemiyasına qarşı uğurlu mübarizәdә bütün qüvvәlәrin
birlәşdirilmәsinin zәrurәtә çevrildiyi vaxta tәsadüf edib. Din
adamlarının bu mübarizәdә iştirakı, onların öz xütbәlәri,
vәz vә mәslәhәtlәri ilә әhaliyә göstәrәcәklәri tәsir bizim
sanitar tәşkilatlarının indiyә qәdәr nail ola bilmәdiklәri
hәqiqi yardıma çevrilә bilәr.
Yeni qazının maarifçi baxışlarına vә müsәlman camaata
bәslәdiyi mәhәbbәtә yaxşı bәlәd olduğumuzdan Axund Mir
Mәhәmmәd Kәrim ağanın vәbaya qarşı başlanmış mübarizәdә
böyük fayda gәtirәcәyinә inanırıq.
Biz Axund Mir Mәhәmmәd Kәrim ağanın mühüm
vәzifәyә tәyin edilmәsini alqışlayır vә qarşıdakı mәnәvi
80 fәaliyyәti yolunda ona sidq-ürәkdәn böyük güc vә enerji
arzulayırıq.
“Каспий”, № 207, 14 sentyabr 1904-cü il.