Page 79 - design_Topcubashov_Full_Layout 1
P. 79
...Xalqımızın müstəqil yaşayacağına inanırdıq
sahәsindә mükәmmәl biliklәrini nümayiş etdirib. Axund Mir
Mәhәmmәd Kәrim Mir Cәfәrzadә on ildәn artıq Bakının
qala hissәsindә (indiki İçәrişәhәr – Tәrc.) mәhәllә mollası
vәzifәsini tutub. Bu müddәt әrzindә üzәrinә düşәn vәzifәni
son dәrәcә nizam-intizamla, can-dildәn yerinә yetirmәsi
sayәsindә özünü nümunәvi ruhani kimi tanıda bilib. Nәticәdә
hәr kәsә örnәk bir din adamı nüfuzu qazanan Mir Mәhәmmәd
Kәrim ağa tәkcә mәhәllә dindarlarının deyil, bütün Bakı
camaatının böyük hörmәt vә ehtiramına layiq görülüb. Bakı
müsәlman din xadimlәrinin mәşhur simalarından biri kimi,
o, şәhәrimizin әn mötәbәr sakinlәri sırasında bütün mühüm
vә tәntәnәli mәrasimlәrә dәvәt alıb. Mәsәlәn, yerli müsәlmanlar
Axund Mir Mәhәmmәd Kәrim ağanın başçılığı ilә әlahәzrәt
71
İran şahının Bakıda pişvazına çıxıblar.
Görkәmli dini rәhbәr Azәrbaycan dilindә qәlәmә aldığı
vә müqәddәs Quran şәrhlәrindәn ibarәt möhtәşәm elmi-
fәlsәfi әsәrinin başa çatması xәbәri yayılandan sonra xüsusәn
böyük şöhrәt qazanıb. Adını çәkdiyimiz nadir әsәrin birinci 79
1
cildi artıq çapdadır . Heç şübhә yoxdur ki, hәmin şәrhlәr
bizim müsәlmanlar üçün Quranın hәqiqi mahiyyәtini başa
düşmәk baxımından açar rolunu oynayacaq. Ümumiyyәtlә,
belә şәrhlәrin kömәyi olmadan möminlәrin çoxu hәtta islamın
әsas ehkamlarının mәnasını anlamağa da çәtinlik çәkirlәr.
Axund Mir Mәhәmmәd Kәrim ağa qeyrәtli müsәlmandır,
onu tanıdığımız bütün bu illәr әrzindә yeganә fikri-zikri hәr
zaman din qardaşlarına daha çox fayda gәtirmәk olub.
Tam әminik ki, quberniya qazısı vә mәclis sәdri vәzifәsindә
möhtәrәm Axund bütün mәnәvi-әxlaqi keyfiyyәtlәrini ortaya
1 “Kәşfül-hәqayiq әn-nükәtül-ayәti vә әd-dәqayiq” (“Ayәlәr vә keyfiy yәt -
lәrinin incәliklәri haqqında hәqiqәtlәrin kәşfi”) adlanan üçcildlik
Qurani-Kәrim tәfsiri ilk dәfә 1904-cü ildә Bakıda “Kaspi” qәzetinin mәtbә -
әsin dә nәşr olunmuşdu. Qafqaz Müsәlmanları İdarәsinin tәşәbbüsü ilә
1914-cü ildә Axund Mir Mәhәmmәd Kәrim ağanın “Tәfsir”i yenidәn latın
әlifbası ilә çap edilmişdir. (Tәrc.)