Page 74 - design_Topcubashov_Full_Layout 1
P. 74

Əlimərdan bəy Topçubaşov


                     İsmayıl bәy Qaspıralı hәr cür tәrifә layiq müsәlman
                  qadınları haqda danışarkәn sözә üzrxahlıqla başlayır vә
                  bildirir ki, dindaşı olan xanımların tәvazö hissini qorumağa
                  nә qәdәr can atsa da, xalqın eşidib ibrәt götürmәsi üçün
                  onların adlarını çәkmәlidir. Yalnız bundan sonra hәmin adlar
                  sadalanır. Ümumi maraq doğuracağını nәzәrә alaraq siyahını
                  olduğu kimi veririk.
                     “Әlahәzrәt Ümmi Gülsüm xanım Şeyx-Әliyeva          50
                                                  51
                  Peterburqda, İ.M.Müftizadә ailәsi Simferopolda әdәbi vә
                  xeyriyyә tәdbirlәri keçirәrәk xeyriyyәçilik işinә xidmәt
                  edirlәr.
                     Bibi Әzizә Әbdülcabbarovanın Semipalatinskdәki ticarәt
                  şәbәkәsi, K.Quliyevanın Omskda Yaponiya vә Çin malları
                  ilә geniş alış-veriş aparan ticarәt evi, habelә digәr mövcud
                  şirkәtlәr bir daha sübut edir ki, ilk baxışdan son dәrәcә sakit,
                  fәaliyyәtsiz görünәn, varlıqları az qala hiss olunmayan
                  müsәlman qadınları nә hüquqlarına bәlәdlikdәn, nә dә tәşәbbüs
          74      hissindәn xali deyillәr. Şәriәt qaydaları müsәlman qadınını
                  ticarәt hüququndan mәhrum etmir. Eyni sözlәr tәhsil vә elm
                  sahәlәrinә dә aiddir. Müsәlmanların qәdim tarixi zәrif cins
                  tәrәfindәn bu hüquqların uğurlu tәtbiqi ilә bağlı çoxlu әyani
                                                    52
                  nümunәlәr verir. Cәnab Akçurinlәrin vә Deberdeyevlәrin 53
                  (Simbirsk vә Saratov quberniyaları) fabrik biznesindә bir
                  sıra müsәlman xanımları da pay sahibi kimi iştirak edirlәr.
                  Mәsәlәnin daha maraqlı vә sevindirici cәhәti isә maddi
                  imkana malik hәmin xanımların qadın tәhsilinә böyük qayğı
                  göstәrmәlәridir. Mәsәlәn, Zuya kәndindә Mәrqub xanım vә
                  Marqup xanım  Akçurinalar öz vәsaitlәri ilә qız mәktәbi
                  saxlayır. Quryevka kәndindә isә Marqup xanımın vәsaiti
                  hesabına dәrslәrin sәsli üsulla aparıldığı vә 100-ә yaxın
                  şagirdin tәhsil aldığı iki mәktәb mövcuddur. Kasıb ailәlәrin
                  qızlarına üstәlik paltar, ayaqqabı vә bir qisim yemәklәr dә
                  pulsuz verilir. Bu mәktәblәrdә qızlar iki-üç il әrzindә düzgün
                  yazmağa, tatarca oxumağa, Quran qiraәtini vә dinin әsaslarını
   69   70   71   72   73   74   75   76   77   78   79