Page 69 - design_Topcubashov_Full_Layout 1
P. 69
...Xalqımızın müstəqil yaşayacağına inanırdıq
çıxıb, öz tarixi var, böyük istedada malik bir sıra şair, dra -
maturq vә yazıçılarla tәmsil olunub. Xüsusәn son zamanlarda
onların sayı daha da artmaqdadır.
Hәm dә şair vә yazıçılarımızın bir çoxu yalnız adlarının
çәkilmәsinә deyil, әsәrlәrinin әhatәli tәhlilinә, yaradıcılıqları
ilә mühitlәrinin, süjetlәri ilә tatar hәyatından götürülmüş
tarixi hadisәlәr arasında әlaqәnin axtarılmasına, tәrcümeyi-
hallarının tam şәkildә öyrәnilmәsinә iddiaçı olmağa layiqdir.
Bu şәkildә “Azәrbaycan tatarları әdәbiyyatı”nın tәrtibi,
әlbәttә, ciddi vә şәrәfli bir iş olardı. Hәm dә çoxcildlik
maraqlı әdәbi icmalın materialını tәşkil edә bilәrdi. Aydın
mәsәlәdir ki, cәnab Köçәrli qarşısına belә mәqsәd qoymayıb
vә qoya da bilmәzdi. Çünki mövcud şәrtlәr daxilindә bizim
Azәrbaycan tatarlarının әdәbiyyatının tam icmalını hazırlamaq
son dәrәcә çәtin işdir vә bir nәfәr heç vәchlә onun öhdәsindәn
gәlә bilmәz.
“İlk tatar dramaturqu” adlı mәqalәmizdә (bax: “Kaspi”,
69
№ 230) biz hәtta görkәmli tatar müәlliflәrinin әdәbi әsәrlәrinin
dә necә xaotik vә acınacaqlı vәziyyәtdә olduğundan bәhs
etmişdik. İndiyә qәdәr onlardan heç biri tam şәkildә nәşr
edilmәyib. Hәtta әn yaxşılarından sayılan Molla Pәnah Vaqif
Qasım bәy Zakir vә başqa tanınmış müәlliflәrin dә kitabları
bu vaxta qәdәr işıq üzü görmәyib . Azәrbaycan şairlәrinin
1
60-cı illәrdә (XIX әsr nәzәrdә tutulur – Tәrc.) Leypsiqdә
Adolf Berje tәrәfindәn nәşr olunan “Azәrbaycanda mәşhur
olan şüәranın әşarına mәcmuә” vә Mirzә Yusif Qarabağinin
tәrtib etdiyi “Mәcmueyi-әşari-Vaqif vә müasirini digәr” kimi
kitabları artıq çoxdan satışda yoxdur vә bu sәbәbdәn dә
biblioqrafik nadirәyә çevriliblәr. Mirzә Fәtәli Axundovun
1859-cu ildә Tiflisdә kitab şәklindә çap edilmiş әsәrlәri dә
belә nadir nәşrlәrdәndir. Doğrudur, indinin özündә dә tez-
1 Yalnız cari ildә şamaxılı şair Seyid Әzim Şirvaninin әsәrlәri oğlu Mir Cәfәr
Seyid-Mәmmәdov tәrәfindәn çap olunmuşdur. (Müәllifin qeydi.)