Page 65 - design_Topcubashov_Full_Layout 1
P. 65
...Xalqımızın müstəqil yaşayacağına inanırdıq
povesti ana dilindә ilk dәfә 1859-cu ildә kitab şәklindә nәşr
edildi. Daha әvvәl, 1853-cü ildә isә “Hacı Qara” da daxil
olmaqla, müәllifin beş komediyası rus dilinә tәrcümәdә
ayrıca kitabda toplanmışdı. Mirzә Fәtәli Axundovun
komediyalarının ruscaya çevrilmәsi vә nәşri ona xüsusi
rәğbәt bәslәyәn canişin knyaz Vorontsovun tapşırığı ilә
hәyata keçirilmişdi.
Mirzә Fәtәli Axundovun komediyaları bütün islam
dünyasında ilk dramatik әsәr tәcrübәsi idi. Ona görә dә bu
әsәrlәrin yaranması böyük sensasiya kimi qarşılandı. Dövrün
rus, hәtta xarici mәtbu orqanlarında komediyalar haqqında
rәylәr çap edildi. Hәmin rәylәrdә tatar dramaturgiyasının
mey dana çıxması alqışlanır, Mirzә Fәtәli Axundovun Azәr -
baycan tatarlarının hәyatını dәqiq әks etdirdiyi vur ğulanırdı.
28
Tehranda şahzadә Cәlalәddin Mirzәnin katibi Mirzә Cәfәrin 29
fars dilinә tәrcümәsi sayәsindә komediyalar tezliklә İranda
da populyarlıq qazandı. Avropa alimlәri dә Mirzә Fәtәli
Axundovun komediyalarını diqqәtdәn kәnarda qoymadılar. 65
30
Mәsәlәn, 1882-ci ildә ingilis şәrqşünasları Haggard vә
31
Lestrange “Sәrab xanlığının vәziri” (“Sәrgüzәşti-vәziri-
xani-Lәnkәran” komediyası nәzәrdә tutulur – Tәrc.) әsәrinin
farsca mәtnini ingilis dilinә tәrcümә, lüğәt vә şәrhlәrlә çap
32
etdirdilәr. Mәşhur Barbier de Meynard 1886-cı ildә Parisdә
33
“Journal Asiatique” mәcmuәsindә “Әlkimyaçı” (“Hekayәti
Molla İbrahimxәlil kimyagәr” – Tәrc.) komediyasının
azәrbaycanca mәtnini, 1889-cu ildә isә Stokholm Şәrqşünaslar
Konqresi Әsәrlәrinin birinci cildindә Alfonse Cilliere 34
“Vәzir” (“Sәrgüzәşti-vәziri-xani-Lәnkәran” – Tәrc.) vә
“Vәkillәr” (“Mürafiә vәkillәrinin hekayәti” – Tәrc.)
komediyalarının farsca mәtnini nәşr etdi. Vyanada isә
35
professor Varmund “Müsyö Jordan – botanik” (“Hekayәti
Müsyö Jordan hәkimi-nәbatat vә Dәrviş Mәstәli şah cadükuni-
mәşhur” – Tәrc.) komediyasının fars mәtnini lüğәt vә
36
qeydlәrlә çapa hazırladı. 1889-cu ildә “Allgemeine Zeitung” ,