Page 62 - design_Topcubashov_Full_Layout 1
P. 62

Əlimərdan bəy Topçubaşov


                  Azәrbaycan tatarlarına, xüsusәn dә onların ziyalı tәbәqәsinә
                  doğma yazıçılarına hörmәtsizliyә bәrabәr tutulacaq diqqәtsizlik
                  üçün acı bir töhmәtdir.
                     Mirzә Fәtәli  Axundov haqqında aşağıda verdiyimiz
                  bioqrafik mәlumatlar mәşhur tatar dramaturqunun oğlu,
                  hazırda Tiflisdә yaşayan vә Yollar Nazirliyinin idarәlәrindәn
                  birindә xidmәt edәn mühәndis Rәşid bәy  Axundovdan    19
                  alınıb. Mәlumatların tamlığına zәmanәt verә bilmәsәk dә,
                  sәhihliyi ilә fәrqlәndiklәrini ayrıca qeyd etmәliyik.
                     Mirzә Fәtәli Axundov 1811-ci ildә ata-anasının yaşadığı
                  Nuxa şәhәrindә doğulub. Altı yaşında ikәn valideynlәrini
                  itirib vә hәmin vaxtdan yetim qalan Axundov dayısı Axund
                  Hacı Әlәsgәrin himayәsinә keçib.  Axund Hacı Әlәsgәr
                  dövrünün savadlı ruhanilәrindәn sayılırdı, Nuxada mәktәbi
                  vardı. Mirzә Fәtәli onun rәhbәrliyi altında Şәrq dillәrinin
                  tam kursunu keçmiş, doğma türk dilindәn başqa, әrәb vә
                  farscanı da mükәmmәl öyrәnmişdi.
          62         Gәnc  Axundovun malik olduğu hәrtәrәfli qabiliyyәt
                  Axund Hacı Әlәsgәri onu yüksәk din xadimi kimi hazırlamağa
                  vadar etmişdi. Lakin adı hәtta Avropada da yaxşı tanınan
                                                 20
                  mәşhur şair vә filosof Mirzә Şәfinin işә qarışması nәticәsindә
                  arzusu yerinә yetmәmişdi . Mәkkә ziyarәtinә yollanan Axund
                                         1
                  Hacı Әlәsgәr әrәbcә biliklәrini tәkmillәşdirmәk mәqsәdi ilә
                  gәnc Mirzә Fәtәlini Yelizavetpolda Axund Molla Hüseynin
                  yanında qoymuşdu. On yeddi yaşlı Mirzә Fәtәli burada
                  Mirzә Şәfi ilә tanış olmuşdu. Sonuncu onu ruhani tәhsilini
                  buraxıb rus xidmәtinә girmәyә tәşviq etmişdi. Mirzә Şәfinin
                  tәklifi ilә Axund Hacı Әlәsgәr dә razılaşmış, bacısı oğlunu
                  hәmin dövrdә Nuxada açılan rus mәktәbinә vermişdi. Mәktәbi
                  bitirdikdәn sonra isә Mirzә Fәtәli dayısı Axund Әlәsgәrlә
                                                                 21
                  Tiflisә gәlib Gürcüstanın baş rәisi baron Rozenin dәftәr -

                  1  Mirzә Şәfinin әsәrlәri  Almaniyada Fridrix Bodenştedtin alman dilinә
                  tәrcümәsi vә şәrhlәrlә çap olunmuşdur. (Müәllifin qeydi.)
   57   58   59   60   61   62   63   64   65   66   67