Page 63 - design_Topcubashov_Full_Layout 1
P. 63

...Xalqımızın müstəqil yaşayacağına inanırdıq


           xanasına Şәrq dillәri üzrә yazılı tәrcümәçi vәzifәsinә qәbul
           olunmuşdu. Bu hadisә 1834-cü ildә baş vermişdi. Hәmin
           vaxt Mirzә Fәtәlinin 23 yaşı vardı.
               Mirzә Fәtәli  Axundov asudә vaxtının çox hissәsini
           mütaliәyә ayırırdı. Nәticәdә o, tezliklә tәhsilindәki boşluqları
           xeyli dәrәcәdә tamamladı, biliklәrini tәkmillәşdirdi, ağlını
           vә zehni qabiliyyәtini inkişaf etdirdi. Hәm dә hәyatının bu
           dövründә Mirzә Fәtәli Axundov özündә poetik istedad aşkara
           çıxardı: fars vә tatar dillәrindә indiyә qәdәr çap edilmәdәn
           әlyazması halında qalan çoxlu әsәrlәr qәlәmә aldı. Onların
                                              22
           arasında 1837-ci ildә şair A.S.Puşkinin ölümü münasibәtilә
           yazılmış poema hisslәrin tәmizliyi vә sәmimiliyi ilә günümüzdә
           dә diqqәti çәkir. Puşkin istedadının böyük pәrәstişkarı olan
           vә qüdrәtli rus şairinin gözlәnilmәz ölümündәn sarsılan
                                          23
           Mirzә Fәtәli Axundov rus Parnası nәhәnginin vaxtsız itkisi
           ilә qәlbini dolduran iztirab vә ağrıları obrazlı misralarda әks
           etdirmiş, onun ölümünә acı göz yaşları axıtmışdı. Poema
                             24
                                                             1
           Bestujev-Marlinski tәrәfindәn rus dilinә çevrilmişdir .      63
               Poetik әsәrlәrin müәllifi olmaqla yanaşı, Mirzә Fәtәli
           Axundov hәm dә publisist, tәnqidçi vә nasir kimi mәşhurdur.
           Azәrbaycan tatarları içәrisindә  dövrünün әn bilikli, savadlı
           şәxslәrindәn biri kimi tanınan Mirzә Fәtәli zamanın tәlәb vә
           çağırışlarına anında cavab verirdi, müasirlәri olan adlı-sanlı
           müsәlmanların çoxu ilә yazışırdı. Onların arasında şair Zakir
           vә başqaları mühüm yer tuturdu. Mirzә Fәtәli imkanı daxilindә
           mәktublaşdığı müasirlәrini Avropa, xüsusәn dә rus hәyatı vә
           әdәbiyyatı ilә tanış etmәyә çalışırdı. Tәәssüf ki, Mirzә Fәtәli
           Axundovun bu dövrdә qәlәmә alınmış mәktubları, özәlliklә
           dә müxtәlif görkәmli tatarlara ünvanladığı müraciәtlәr әksәr
           hallarda itirilib.  Ayrı-ayrı әllәrdә olanları isә toplanaraq
           sahmana salınmayıb. Heç şübhә yoxdur ki, bu mәktublar


           1  Bu tәrcümә 1899-cu il mayın 26-da A.S.Puşkinin anadan olmasının 100 illiyi
           münasibәti ilә “Kavkaz” qәzetindә çap edilmişdir. (Müәllifin qeydi.)
   58   59   60   61   62   63   64   65   66   67   68