Page 61 - design_Topcubashov_Full_Layout 1
P. 61

...Xalqımızın müstəqil yaşayacağına inanırdıq


           әzbәr deyәcәk, vәssalam. Bioqrafiyaları ilә tanışlıq bir yana
           qalsın, üz tutduğunuz savadlı tatarın bütöv bir dәstә istedadlı
           Azәrbaycan yazıçı vә şairlәrinin adlarını bilmәdiyi ortaya
           çıxacaq.
               İndiyә qәdәr mәşhur  Adolf Berjenin  16  1867-ci ildә
           Leypsiqdә nәşr etdirdiyi “Azәrbaycanda mәşhur olan şüәranın
                           1
                                                     17
           әşarına mәcmuә” vә Mirzә Yusif Qarabağinin “Mәcmueyi-
           әşari-Vaqif vә müasirini-digәr” әsәrlәrini çıxmaq şәrti ilә,
           tatar әdәbiyyatı haqqında elә bir mәtbu vәsait, yaxud tәdqiqat
           yoxdur ki, sәhifәlәrindә Azәrbaycan tatar şair vә yazıçıları
           barәdә, heç olmazsa, qırıq-kәsik mәlumat tapmaq mümkün
                2
           olsun .
               Aydın mәsәlәdir ki, bizim ziyalı tatarlar hәlәlik milli
           әdәbiyyatla az maraqlanırlar.  Tatar müәlliflәrinin әsәrlәri
           indiyә qәdәr nәşr edilmәmiş halda qalmaqdadır. Tәrcümeyi-
           halları qәlәmә alınmayıb. Ona görә dә tәәccüblü deyil ki,
           hәtta tatar әdәbiyyatının әn yaxşı müәlliflәri dә namәlumluq
                                                                        61
           dumanı arxasındadırlar, mәzarları isә uçulub-dağılır. Mәsәlәn,
           xalq poeziyası banisinin (Molla Pәnah Vaqif nәzәrdә tutulur
           – Tәrc.) Şuşanın tatar qәbiristanlığındakı mәzarı, fars dilindә
           ecazkar poemalar müәllifi, yelizavetpollu tatar Nizaminin 18
           Yelizavetpolun Göy İmam qәbiristanlığındakı mәzarı, tatar
           Molyeri Mirzә Fәtәli Axundovun Tiflisin tatar qәbiristan -
           lığındakı mәzarı – hamısı xarabazarlıq içәrisindәdir, yaxud
           dağılıb yerlә yeksan olublar. Bu sahibsiz mәzarlar bütün


           1  Tam adı: “Qafqaz vә Azәrbaycanda mәşhur olan şüәranın әşarına mәcmuәdir
           ki, Adolf Berje sahib-cәnabının ehtimamı ilә çap olunubdur”. Leypsiq, 1867.
           Әsәr AMEA Mәhәmmәd Füzuli adına Әlyazmalar İnstitutunun tәşәbbüsü ilә
           2014-cü ildә Bakıda yenidәn nәşr edilmişdir. Tәrtib vә ön sözün müәllifi Әli
           Mәmmәdbağıroğlu, Bakı, 2014. (Tәrc.)
           2  Bu günlәrdә Tiflisdә Qori Müәllimlәr Seminariyası tatar şöbәsinin müәllimi
           Firidun bәy Köçәrlinin tәrtib etdiyi “Azәrbaycan tatarlarının әdәbiyyatı” adlı
           broşür çapdan çıxmışdır. Hәmin maraqlı broşür haqqında yaxın saylarımızın
           birindә söhbәt açacağıq. (Müәllifin qeydi.)
   56   57   58   59   60   61   62   63   64   65   66