Page 60 - design_Topcubashov_Full_Layout 1
P. 60

Əlimərdan bəy Topçubaşov


                  bağlı kәdәrli hisslәr dә doğurur. Hәmin vaxtdan әlli il keçib,
                  amma dәdә-baba hәyatı nә qәdәr az dәyişib!
                     İstedadlı dramaturq vә milli tatar dramaturgiyasının
                  yaradıcısı kimi, Mirzә Fәtәli Axundov gәlәcәk әdәbi nәsillәrә
                  bizim günlәrdә davamçılarının vә şagirdlәrinin uğurla
                  addımladıqları doğru yolu göstәrmişdir. Şagirdlәrin, yetirmә -
                  lәrin sayı isә ilbәil artır. Xüsusәn son dövrlәrdә Azәrbaycan
                  tatarları arasında dram yazarlarının daha da çoxalması
                  müşahidә olunur. Hәm dә tәәssüf ki, mövcud artım onların
                  içәrisindә yaşadıqları hәyatın çoxsaylı qüsur vә qeyri-münasib
                  şәrtlәri ilә birbaşa asılılıqdadır. Bu hәyat öz eybәcәr hadisәlәri,
                  cahil anlayışları, Mәhәmmәd dininin vә şәriәtin mahiyyәt
                  baxımından gözәl, humanist ehkamlarının tәhrifi ilә bütün
                  xalq tәrәfindәn gülüş hәdәfinә çevrilmәk, bәlkә dә, ağlayıb
                  düşünmәk üçün ustalıqla sәhnәyә çıxarılır.
                     Tatar dram yazarlarının yaradıcılığını yüksәk qiymәtlәn -
                  dirәrәk demәk lazımdır ki, onların sәhnә tәcәssümü baxımından
          60      bәzәn o qәdәr dә uğurlu görünmәyәn әsәrlәrindә haqqında
                  danışdığımız “göz yaşları içәrisindә gülüş” tendensiyası
                  aydın sezilir. Hәmin diqqәtәlayiq cәhәt isә müasir tatar
                  dramaturqlarına Mirzә Fәtәli  Axundovdan miras qalıb.
                  Azәrbaycan tatarlarının hәyatında xüsusi yer tutan bu novator
                  sәnәtkarın, görkәmli әdәbi-ictimai xadimin xatirәsinin yad
                  edildiyi günlәrdә onun hәtta ziyalı müsәlmanlara da qaranlıq
                  qalan tәrcümeyi-halı ilә tanışlıq pis olmazdı. Sonrakı nәsillәrin
                  yaddaşında özünә yer tapmaq baxımından görkәmli tatar
                  dramaturqu da az vә ya çox dәrәcәdә bütün tatar yazıçılarının
                  kәdәrli taleyini paylaşmalı olmuşdur. Çünki onların, demәk
                  olar ki, hamısının hәyatı bu gün dә hәmvәtәnlәri üçün “terra
                  incognita” (lat.: “namәlum әrazi” – Tәrc.) kimi qalmaqdadır.
                  Savadlı tatardan öz xalqının şair vә yazıçıları haqqında
                                     13
                                                          15
                  soruşun – o, Vaqifin , Zakirin 14,  Vidadinin adını çәkәcәk
                  vә bununla da, tanıdığı sәnәtkarların siyahısı bitәcәk. Әn
                  yaxşı halda yaddaşına әsaslanıb bu şairlәrdәn bir neçә bәnd
   55   56   57   58   59   60   61   62   63   64   65