Page 59 - design_Topcubashov_Full_Layout 1
P. 59

İLK TATAR DRAMATURQU


                                                10
                      u il Mirzә Fәtәli Axundovun müsәlmanlar ara -
                      sında çox geniş yayılmış komediyalarının ilk
               Bnәşrinin 50 illiyi tamam olur. Yerli müsәlmanların
           hәyatında nadir hadisә sayılan әdәbi yubiley sabah Tağıyev
                   11
           teatrının sәhnәsindә mәşhur tatar dramaturqunun әn yaxşı
           pyeslәrindәn biri sayılan “Hacı Qara”nın tamaşaya qoyulması
           ilә yad edilәcәk. 50 illik yubileyin oxşar şәkildә qeyd
           edilmәsi keçәn yay Şuşada vә digәr şәhәrlәrdә dә baş tutub.
               Müsәlmanların ziyalı tәbәqәsinin Mirzә Fәtәli Axundova
           belә münasibәti әdәbi xadimlәrә layiqli qiymәt verilmәsi
           baxımından bizim Zaqafqaziya azәrbaycanlıları arasında
           milli özünüdәrk duyğusunun oyandığını göstәrmәklә yanaşı,
           görkәmli yazıçının dramatik әsәrlәrinin әdәbi-mәdәni hәyata,
           ilk növbәdә isә Zaqafqaziya tatarlarının әdәbiyyatına göstәrdiyi  59
           böyük tәsir, bu әdәbiyyat üçün oynadığı mühüm rol haqqında
           danışmağa imkan verir.
               Sözün hәqiqi mәnasında, qiymәtli yaradıcılıq nümunәlәri
           baxımından yoxsul olan Azәrbaycan tatarlarının әdәbiyyatı
           bu gün öz dram әsәrlәri, hәm dә tatar hәyatının mәnfi
           tәrәflәrinin sәrrast vә dәqiq tәsviri ilә seçilәn dram әsәrlәri
           ilә öyünә bilirsә, bunun üçün hәr kәsdәn öncә ilk tatar
           dramaturqu vә tatar dramaturgiyasının istedadlı banisi kimi
           Mirzә Fәtәli Axundova minnәtdar olmalıyıq. O, haqlı surәtdә
                       12
           tatar Molyeri hesab edilir. Qәlәmindәn çıxan altı komediya
           geridә qalmış tatar hәyatının mәnfi cәhәtlәrinin gerçәklikdәn
           alınmış inandırıcı tәsviri, yaddaqalan insan tiplәri vә
           mәnzәrәlәri, sәmimi yumoru, yüngül, asan, obrazlı dili
           sayәsindә indi dә böyük maraq doğurur.  Tatar teatrı
           tamaşaçılarını heyran etmәklә yanaşı, hәlә dә mәdәniyyәtdәn
           yetәrincә pay almamış Zaqafqaziya tatarlarının taleyi ilә
   54   55   56   57   58   59   60   61   62   63   64