Page 57 - design_Topcubashov_Full_Layout 1
P. 57

...Xalqımızın müstəqil yaşayacağına inanırdıq


           qız mәktәbinin proqramının genişlәnmәsinә gәtirib çıxarmalıdır.
           Demәyә lüzum varmı ki, çox tezliklә birsinifli ibtidai mәktәb
           kursu burada tәhsil alan müsәlman qızları üçün qeyri-kafi
           görünәcәkdir? Onlar tәhsillәrini davam etdirmәk istәyәcәklәr.
           Ortaya çıxan tamamilә tәbii tәlәbat gündәliyә rus-müsәlman
           qadın progimnaziyasının, sonra isә gimnaziyanın tәşkili
           mәsәlәsini gәtirәcәkdir.
               Düşünürük ki, hәmin mәsәlәlәr dә yenә bizim Bakıda
           hәllini tapacaq.  Vә bu işin öhdәsindәn gәlәnlәr dә indi
           müsәlman qızlarının tәhsili ideyasını başlanğıc mәrhәlәdә
           hәyata keçirәnlәr olacaqlar. Rus-müsәlman qız mәktәbinin
           tәsisçisi H.Z.Tağıyev әbәs yerә pansionu ilә birlikdә qadın
           progimnaziyasının, hәtta bütöv gimnaziyanın yerlәşә bilәcәyi
           belә böyük bir bina tikdirmәyib! İmperatriçә Ülyahәzrәtlәrinin
           adını daşıyan birinci rus-müsәlman qız mәktәbi tәkamül
           yolu ilә inkişaf prosesindә müsәlman qızlarına verilәn
           biliklәrin әhatә dairәsini o qәdәr genişlәndirmәlidir ki, onlar
                                                                        57
           zaman keçdikcә öz әqli vә mәnәvi keyfiyyәtlәri sayәsindә
           başqa xalqların savadlı xanımları ilә eyni sәviyyәdә dayanmağı
           bacarsınlar.
               Tәbii ki, arzuladıqlarımız gәlәcәyin vәzifәsidir. Hәlәlik
           isә müsәlman qızlarının tәhsili kimi gözәl vә nәcib bir işin
           möhkәm tәmәli qoyulub. Bu, elә mühüm addımdır ki, onun
           mövcudluğundan kәnarda müsәlmanların әqli-mәnәvi inkişafını
           vә iqtisadi yüksәlişini tәsәvvürә gәtirmәk mümkün deyil.
               Tam zamanında dindaşlarının yardımına gәlәn Hacı
           Zeynalabdin Tağıyev özünün mәsәlәyә münasibәtindә qadını
           ailәdә son dәrәcә yüksәk tutub, Mәhәmmәd peyğәmbәrin
           “Cәnnәt anaların ayaqları altındadır” kәlamına dürüstlüklә
           әmәl etdiyini göstәrmişdir.
               Ailәnin әsası kimi yalnız ağıllı qadın cәmiyyәt vә dövlәt
           üçün belә mühüm institutun nә dәrәcәdә zәruri olduğunu
           başa düşә bilәr. Yalnız bilikli qadın öz uşaqlarına – gәlәcәk
   52   53   54   55   56   57   58   59   60   61   62