Page 53 - design_Topcubashov_Full_Layout 1
P. 53

...Xalqımızın müstəqil yaşayacağına inanırdıq


           tam xәtt çәkmәk olmaz. Onların müsәlman әhali arasında
           böyük populyarlığa malik olması da qazandıqları әhәmiyyәtin
           digәr bir göstәricisidir. Bәlkә dә, ciddi şәkildә yenidәn
           qurulduqları tәqdirdә “ev mәktәblәri”ndәn müsәlman qadınların
           maariflәnmәsi işindә yararlanmaq olardı. Lakin bununla
           belә, yenә vurğulamağa mәcburuq ki, hәmin mәktәblәrdә
           hökm sürәn sxolastik üsul vә qayda-qanunlar onları hәqiqi
           tәhsil ocaqları adlandırmağa imkan vermir. Bu mәnada Bakı
           rus-müsәlman qız mәktәbi tam әsasla zaman etibarilә Rusiyada
           müsәlman qızların müasir tәhsilә yiyәlәnmәlәri mәqsәdi ilә
           yaradılmış ilk hәqiqi tәdris müәssisәsi sayıla bilәr. Lakin o,
           tәk xronoloji ardıcıllıq mәnasında birinci deyil. Müsәlman
           hәyatının indiki şәrtlәri, xalq kütlәlәri arasında qadına
           münasibәtdә hökm sürәn mövcud meyarlar vә oxşar tәdris
           müәssisәlәrinә qoyulan tәlәblәr baxımından yanaşdıqda da
           nümunәvi quruluşu ilә birinciliyini bariz şәkildә göstәrir.
           “Kaspi”nin 183-cü sayında әsas müddәalarını oxuculara
           çatdırdığımız әsasnamәsindәn dә göründüyü kimi, mәktәbin     53
           yaxşı düşünülmüş tәşkil prinsiplәri vә tәlim-tәrbiyә işinin
           qoyuluşu kor qәzәb vә cahillik içәrisindә mahiyyәtinә
           varmadan ümumәn maarif müәssisәlәrinә savaş açan,
           şüursuzcasına hәr “yeniliyin” yalnız vә yalnız dini, ictimai,
           ailәvi әsaslara qarşı çıxdığı, sevә-sevә göz üstündә saxlanan
           әski dövrlәrin adәt-әnәnәlәrini dağıtdığı haqqındakı cәfәng
           baxışları paylaşan qadın tәhsili әleyhdarlarını da razı salmalıdır.
               Tәәssüf ki, mәktәbin tәsisçisi müsәlman әhalinin әksәr
           hissәsini tәşkil edәn belә köhnәlik tәrәfdarlarının üstündәn
           tamam xәtt çәkmәyә qadir deyil. Ona görә dә mәktәb
           әsasnamәsinin tәrtibi zamanı müsәlman kütlә arasındakı
           maarif anlayışına vә qadın tәhsilinә münasibәti nәzәrә almaq
           zәrurәtә çevrilmişdi. Bu sadәcә güzәşt deyildi. Daha çox
           bizim müsәlmanların indiki әqli-mәnәvi vәziyyәtindә qaçılmaz
           olan bir fәaliyyәt şәkli idi. Vә yәqin ki, maarifin yayılması
           ilә bağlı hәr cür tәşәbbüsün faydalı nәticәlәr vermәsinin
   48   49   50   51   52   53   54   55   56   57   58