Page 51 - design_Topcubashov_Full_Layout 1
P. 51

...Xalqımızın müstəqil yaşayacağına inanırdıq


           qadınının әqli-mәnәvi inkişafının әsasını qoyacaq ilk tәhsil
           ocağı kimi böyük әhәmiyyәtә malikdir. Lakin elә başa
           düşülmәmәlidir ki, müsәlmanlar indiyә qәdәr qadın tәhsilinin
           nә olduğunu bilmәyiblәr, yaxud qızlarını oxutmayıblar. Şәrq
           ölkәlәrinin çiçәklәnmә çağı yaşadığı qüdrәtli dövrlәrindә
           Bağdad, Qahirә, Kordova vә digәr elm mәrkәzlәrindәki
           akademiyalarda hәtta professor kürsüsü tutmuş yüksәk tәhsilli
           müsәlman qadın alimlәrinin adları onları yetişdirәn mükәmmәl
           tәhsil müәssisәlәrinin mövcudluğundan xәbәr verir. Mәşhur
           Fәxrin-Nica, Bağdad mәdrәsәlәrindә әdәbiyyatdan mühazirәlәr
           oxuyan Ümmül-Xeyir Fatimә vә Ümmül-İbrahim әl-Yezdani,
           qadınlara vә kişilәrә ilahiyyat fәnnini öyrәdәn әl-Әruziyyә,
           Kordovadakı qrammatika vә rapsodiya professoru Ümmül-
           Üla, poeziya vә teologiya professoru Ümmül-Ülәma kimi
           müsәlman qadınları dövrlәrinin әn savadlı, bilikli adamları
           sayılırdılar.
               Müsәlman qadınının hәyatın bütün sahәlәrindә ağıl vә
           biliyini nümayiş etdirmәk imkanına malik olduğu şәrәfli      51
           dövr, tәәssüf ki, artıq tarixә qovuşub. Eyni zamanda
           gәtirdiyimiz nümunәlәr dә öz növbәsindә islam dininin heç
           vaxt maarifә düşmәn kәsilmәdiyini, әksinә, Mәhәmmәd
           dininә tapınan xalqların tәrәqqiyә qovuşması üçün böyük
           stimul yaratdığını sübuta yetirir.  Amma bir şәrtlә ki,
           peyğәmbәrin vәsiyyәtlәri tәhrif olunmasın!.. Müsәlman
           qadınını indiki alçaldılmış duruma salıb rәzil qapalı rejimdә
           saxlamağa çalışanlar hamısı yuxarıda sadalanan adlar
           qarşısında xәcalәt çәkmәlidirlәr. Vә yalnız bizim günlәrdә
           mütәrәqqi ziyalıların Konstantinopolda, Qahirәdә, Kәlküttәdә,
           Bombeydә mәktәblәr açıb tәhsil yolu ilә müsәlman qadınının
           әqli-mәnәvi vәziyyәtini yüksәltmәk üçün gördüklәri işlәr
           müәyyәn müsbәt nәticәlәr verәcәyi tәqdirdә “din bacıları”na
           münasibәtdә buraxılan sәhvlәr bir qәdәr düzәldilә bilәr.
               Bütünlükdә Qafqaz ölkәsi vә bizim Rusiya müsәlmanlarına
           gәldikdә isә, indiyәdәk onlar arasında müsәlman qızların
   46   47   48   49   50   51   52   53   54   55   56