Page 50 - design_Topcubashov_Full_Layout 1
P. 50

Əlimərdan bəy Topçubaşov


                  çıxılmaz duruma düşübsә, burada Mәhәmmәdin dini qәtiyyәn
                  günahkar deyil. Günahkar islam dininә mәnsub xalqların
                  tarix boyu mәruz qaldığı sosial-mәişәt münasibәtlәridir.
                  Günahkar Mәhәmmәd tәliminin әsrlәr boyu cahil, amma
                  әllәri hәr yerә çatan müsәlman din xadimlәri tәrәfindәn
                  mәruz qoyulduğu tәhriflәrdir. Gizli deyil ki, onlar şәriәt
                  hökmlәrini öz xeyirlәrinә, ya da Şәrq padşahları vә hәr cür
                  hakimiyyәt sahiblәrinin istәyinә uyğun dәyişdirmәklә, әslindә,
                  oyuncağa çevriliblәr.
                     Ayrı-ayrı fәrdlәrin, elәcә dә bütöv cәmiyyәt vә xalqların
                  hәyatı heç zaman qanunun, yaxud dinin müәyyәnlәşdirdiyi
                  dar çәrçivәyә sığışdırıla bilmәz. Özündә әn mütәrәqqi
                  başlanğıcı ehtiva edәn insan hәyatı çox vaxt gizli şәkildә
                  işini görәn әtraf mühitin, zaman vә mәkanın tәsiri altında
                  fәrqli formalara, şәkillәrә düşür. Ayrılıqda götürülmüş hәr
                  hansı cәmiyyәtdәki “faktiki vәziyyәt” oradakı yaşayış
                  qaydaları, adәt-әnәnәlәr, әsrlәr boyu bir-birinin üzәrinә
          50      qalaqlanmış hәyat şәrtlәri mәcmusundan başqa bir şey
                  deyildir. Bu qaydalar, adәt-әnәnәlәr nә qәdәr mәnfi sәciyyә
                  daşısalar da, necә zәrәrli görünsәlәr dә, keçmişin ağır irsi
                  kimi belә tezliklә unudula bilmәzlәr. Çünki müdafiәçilәri
                  var vә gәlәcәkdә dә olacaq. Onların bәzilәri cahilliklәri,
                  digәrlәri isә şәxsi qazanc, yaxud digәr tәmәnnalı mәqsәd
                  güdmәlәri sәbәbindәn hәmişә keçmiş dövrlәrin “tapdanan
                  hüquqlar”ının müdafiәsinә qalxmağa hazır dayanacaqlar.
                     Müsәlman qadınının vәziyyәti dә, tәәssüflәr olsun ki,
                  belә qapalı dairә içindәdir. O, indi hüquqsuzdur. Haqları
                  güclü cins tәrәfindәn tapdanır.  Ağlını vә tәbii istedadını
                  inkişaf etdirmәk imkanından mәhrumdur. Bir sözlә, “Allahın
                  vә peyğәmbәrin bәxş etdiyi” hәr şey әlindәn alınıb.
                     Müsәlman qadınını mövcud fәrәhsiz, acınacaqlı
                  vәziyyәtdәn yalnız mәktәbin, maarifin kömәyi ilә çıxarmaq
                  mümkündür.
                     Bakıda açılan İmperatriçә Aleksandra Fyodorovna adına
                  rus-müsәlman qız mәktәbi, sözün hәqiqi mәnasında, müsәlman
   45   46   47   48   49   50   51   52   53   54   55