Page 49 - design_Topcubashov_Full_Layout 1
P. 49

...Xalqımızın müstəqil yaşayacağına inanırdıq


           son nәticәdә Mәhәmmәd tәliminә sәrgilәdiklәri münasibәt
           vә anlayışlardır.
               İslamla bağlı bir xeyli yanlış anlayışlar içәrisindә müsәlman
           qadınının cәmiyyәtdәki yeri vә mövqeyi ilә bağlı baxışları
           xüsusi fәrqlәndirmәk lazımdır. Mәhәmmәd peyğәmbәrә vә
           yaratdığı Qurana yalnız mәnfi, hәtta deyәrdim ki, düşmәncәsinә
           yanaşmağa adәt etmiş toplum üzvlәri müsәlman qadınının
           fәlakәtli vәziyyәtindә, tәbii ki, islamın birbaşa tәsirini
           görürlәr: “Bu müsәlman peyğәmbәri vә onun şәriәti öz
           ümmәtini qadının kişiyә sadәcә kölә olduğuna, ev işlәri
           görmәk vә әrini әylәndirmәk üçün yaradıldığına inandırmaqla
           zәrif cinsi hüquqsuz ev heyvanı vәziyyәtinә salmışdır”.
               Mәhәmmәdin adından belә “tәlim” uyduranlar sadәcә
           unudurlar ki,  Yer üzündә nizamlı, mütәşәkkil insan
           birgәyaşayışı yaratmaq istәyәn islam dininin banisi tәbiәtin
           özünün birgә, hәmrәy vә bәrabәrhüquqlu mövcudluq üçün
           xәlq etdiyi iki әks cinsin nümayәndәlәri arasında qeyri-
           bәrabәrliyi din vasitәsi ilә qanunilәşdirmәk kimi әxlaqsız vә
                                                                        49
           antisosial tәlimә heç bir şәkildә tәrәfdar çıxa bilmәzdi, heç
           vәchlә onu yaymağa çalışmazdı.
               Belә dini tәlim öz ardıcıllarına cәmiyyәt әxlaqına zidd
           hәyat tәrzi aşıladığına görә elә başlanğıcda, rüşeym halında
           heçliyә qovuşmalı idi. Amma әrәb peyğәmbәrinin davamçıları,
           gördüyümüz kimi, Yer kürәsinin müxtәlif hissәlәrinә yayılıblar.
           İndi sayları yüz milyonlarla ölçülür, durmadan artır, çoxalırlar.
               Qәzetimizdәki bir sıra mәqalәlәrdә әtraflı nәzәrdәn
           keçirilәn bu mövzu ilә bağlı yenidәn müzakirә açmaq niy -
           yәtindә deyilik. Yalnız onu demәk istәrdik ki, islam peyğәmbәri
           “kişi vә qadın eyni nütfәdәn yaranıb” (Quran, “әn-Nisa”
           surәsi) fikrini irәli sürmәklә qadına bütün şәxsi, ailәvi vә
           әmlak haqları verib, qadınla kişi arasında bәra bәr hüquqlu
           vәziyyәt yaradıb, belәliklә dә, qadının ictimai-mәnәvi gücünü
           kişi ilә eyni sәviyyәyә qaldırıb.
               Lakin ilkin bәrabәrhüquqlu vәziyyәtinә baxmayaraq,
           müsәlman qadını zaman keçdikcә haqlarını itirәrәk nәticәdә
   44   45   46   47   48   49   50   51   52   53   54