Page 52 - design_Topcubashov_Full_Layout 1
P. 52
Əlimərdan bəy Topçubaşov
tәhsili üçün düzgün tәşkil edilmiş mәktәblәrin mövcudluğu
barәdә heç bir şey bilmirik. Yalnız sәksәninci illәrdә (XIX
әsr nәzәrdә tutulur – Tәrc.) Tiflisdә müsәlman qızları üçün
xüsusi institutun tәsisinә göstәrilmiş tәşәbbüslә bağlı
mәlumatımız var. Hәmin tәhsil müәssisәsi bölgәnin imkanlı
müsәlmanlarından daxil olan ianәlәr vә dövlәt xәzinәsindәn
ayrılacaq subsidiya hesabına tәşkil olunmalı idi.
Lakin yeri gәlmişkәn, qızğın tәrәfdarlarından birinin dә
hәmin dövrdә keçmiş Qafqaz canişinliyinin baş idarә rәisi
8
vәzifәsindә çalışan general Staroselskinin olduğu bu ideya
baş tutmamışdı. Çünki meydanda dәrhal müsәlman qızları
üçün xüsusi tәhsil ocağı yaradılmasının yersizliyi, hәtta
tәhlükәliliyi haqda lüzumsuz söz-söhbәt yayan adamlar
peyda olmuşdular.
1880-ci illәrin ortalarında yenә dә hәmin Tiflis şәhәrindә
müsәlman xeyriyyә cәmiyyәtinin binası qoyulmuşdu. Cәmiyyәt
tezliklә öz vәsaiti hesabına ibtidai mәktәb açdı. Amma
52 tәәssüf ki, imkansızlıq ucbatından qısa zamanda hәm cәmiyyәt,
hәm dә qız mәktәbi fәaliyyәtini dayandırmalı oldu.
Yuxarıda xatırlatdıqlarımızdan başqa, müsәlman qızlarının
tәhsili üçün göstәrilәn hәr hansı qayğı vә tәşәbbüs cәhdi
bizә mәlum deyil.
Doğrudur, şәhәrlәrdә, hәtta Qafqaz ölkәsinin әksәr
kәndlәrindә, demәk olar ki, bütün müsәlman әhali arasında
qızlar üçün “ev mәktәblәri” adlandırıla bilәcәk tәhsil ocaqları
mövcuddur. Yәni yeniyetmә qızlar savadlı vә Quran oxumağı
bacaran qadının, nadir hallarda isә mollanın yanında toplaşıb,
bir qayda olaraq, müsәlman mәktәblәrindә öyrәdilәn fәnlәr
üzrә dәrs keçirlәr. Bura ilk növbәdә mәna vә mәzmununu
anlamadan Quran qiraәti daxildir. Qızlar üstәlik tikiş vә
toxuma kimi әl işlәri dә öyrәnirlәr. Belә mәktәblәr indi dә
az deyil.
İslam ümmәtini, tәbiri-caizsә, tam vәhşilәşmәkdәn
qoruyub saxladığına görә belә müәssisәlәrin lüzumu üzәrindәn