Page 47 - design_Topcubashov_Full_Layout 1
P. 47
...Xalqımızın müstəqil yaşayacağına inanırdıq
7 min rublu isә Bakı qәzasının xalq mәktәblәrinin ehtiyaclarına
sәrf olunmuşdu. Yәqin ki, Bakı qәzasının Mәrdәkan kәndindә
6
ayrıca Bağçılıq mәktәbinin açılması da çoxlarının yadındadır.
Cәnab Tağıyev hәmin mәktәb üçün gözәl bina tikdirmiş,
geniş bağ saldırmış, habelә saxlanmasından ötrü on minlәrlә
rubl vәsait ayırmışdı. Son zamanlar bu xeyirxah insan azyaşlı
cinayәtkarlar üçün peşә mәktәblәri vә islah düşәrgәlәrinin
yaradılması ilә mәşğul olan Qafqaz komitәsinә 20 min,
Peterburq xeyriyyә cәmiyyәtinә 10 min, Bakı Kommersiya
7
mәktәbinә 50 min rubl yardım göstәrib.
Cәnab H.Z.Tağıyevin ümumәn xeyriyyәçilik, xüsusәn
dә tәhsil sahәsindә göstәrdiyi nәcib fәaliyyәt artıq ölkә
әhalisi, әn çox da müsәlmanlar arasında ona bәzәn bütlәşdirmә,
ilahilәşdirmә sәviyyәsinә çatan hәqiqi hörmәt vә ehtiram
qazandırıb. Xeyirxah әmәllәri, bütün nәcib, faydalı işlәrә
hәssas münasibәti sayәsindә cәnab Tağıyev digәr müsәlman
zәnginlәrindәn nәzәrәçarpacaq dәrәcәdә fәrqlәnir. Çünki o,
tәk bölgәnin deyil, Rusiyanın daxili quberniyalarında yaşayan 47
müsәlmanların da ictimai xarakterli işlәrinә mütlәq bu vә ya
digәr şәkildә yardım göstәrir. Sadalanan ali keyfiyyәtlәrinә
görә yerli müsәlmanlar artıq çoxdan cәnab Tağıyevi özlәrinin
digәr imkanlı müsәlman qardaşlarına nümunә göstәrmәyә
öyrәşiblәr. Bu sonuncular, bәlkә dә, bakılı xeyriyyәçidәn
daha zәngindirlәr. Lakin mәnәvi keyfiyyәtlәri, nәcibliyә vә
işığa bağlılıqları ilә ondan çox-çox kasıbdırlar. Xeyirxahlıq
isә insanın ölümündәn sonra özünә Yer üzündә qoyub getdiyi
әn yaxşı abidәdir.
Heç şübhәsiz, cәnab Tağıyevin indiyә qәdәrki maarifçi-
xeyriyyәçi fәaliyyәtinin zirvәsi Bakıda açılan rus-müsәlman
qız mәktәbidir. Hәm dә tәk bu işә 200 min rubldan çox
vәsait sәrf etdiyinә görә yox! Әsas mәsәlә şәxsәn özünün
qız mәktәbinә verdiyi böyük önәm, qızlar üçün ilk tәhsil
ocağının müsәlmanların gәlәcәk mәnәvi inkişafında oynayacağı
rolu uzaqgörәnliklә anlayıb dәyәrlәndirmәsidir.