Page 44 - design_Topcubashov_Full_Layout 1
P. 44

Əlimərdan bəy Topçubaşov


                  az olmadığı fikrinә kifayәt qәdәr әminlik yaradır. Fәaliyyәtimizә
                  rәğbәt göstәrәnlәr ictimai hәyatın müxtәlif mәsәlәlәri ilә
                  yaxından maraqlanır, onların hәqiqi mahiyyәtinin aşkara
                  çıxarılmasına vә lazımi şәkildә qiymәtlәndirilmәsinә yalnız
                  şәxsi mәnafedәn deyil, ümumun marağından çıxış edәrәk
                  yanaşırlar. Bu ürәkaçan hadisә sonrakı addımlarımızda da
                  cәmiyyәtin anlayışına vә diqqәtinә bel bağlamaq baxımından
                  bizi xeyli cәsarәtlәndirir. Ona görә dә mövcud mühitin bütün
                  mütәrәqqi, qabaqcıl, ziyalı qüvvәlәrinә üz tutur, onlardan
                  yuxarıda sadaladığımız hәdәflәrә çatmaq yolunda (nәticәlәrdәn
                  hәr birimizin vә hamımızın faydalana bilәcәyimizi göz önünә
                  alaraq) әllәrindәn gәlәn kömәyi әsirgәmәmәyi umuruq. Biz
                  fikir vә qәnaәtlәrimizi tәcrübә, bilik sahibi olan şәxslәrlә
                  bölüşmәyә hәvәslә hazırıq. “Kaspi” qәzetinin sütunlarını
                  ümumi işimizә bu vә ya digәr şәkildә faydalı olmağı,
                  mәqsәdlәrimizi aydınlaşdırmağı arzulayan bütün şәxslәr
                  üçün açıq elan edirik.
          44         Bütün hәqiqәt carçılarının rәğbәt vә yardımına ümid
                  edәrәk işimizә başlayır, mәmlәkәtimizә gücümüz çatan qәdәr
                  fayda gәtirәcәyimizә inanırıq.


                                      “Каспий”, № 133, 24 iyul 1898-ci il.
   39   40   41   42   43   44   45   46   47   48   49