Page 39 - design_Topcubashov_Full_Layout 1
P. 39
...Xalqımızın müstəqil yaşayacağına inanırdıq
axtarmaq sәylәri üzәrindә köklәmәkdәn ibarәtdir. Bu, elә
bir mayakdır ki, hәr qәzet, hәr jurnal istiqamәtini ondan
götürmәli, ona çatmağa can atmalıdır.
İctimai hәqiqәtin tәlәblәrini bütün mümkün hallarda
fәaliyyәti üçün rәhbәr tutmayan, tәsadüfәn, yaxud bilәrәkdәn
bu hәqiqәti tәhrif edәn mәtbu orqan qarşısına qoyduğu
mәqsәdlәrin yüksәkliyinә ucala bilmәz.
Yalnız xatırlatdığım şәrtlәr daxilindә mәtbuat cәmiyyәtin
ondan tәlәb etdiyi mәdәni, ictimai vә mәnәvi vәzifәlәri
cәsarәtlә hәyata keçirmәyә qadirdir. Bildiyimiz kimi, yalnız
cәmiyyәtin deyil, onun ayrı-ayrı üzvlәrinin dә anlaşma vә
әmin-amanlıq şәraitindә inkişafı, maddi rifah halının
yüksәlmәsi yalnız belә zәmin üzәrindә mümkündür. Yalnız
bu şәrtlәr daxilindә mәtbuat ictimai şüurda şәfqәt, әdalәt vә
mәhәbbәt duyğularını tәrbiyә edib yaya bilәr.
Vurğuladığım amili hәr bir mәtbu orqanın proqramının
әn zәruri, vacib prinsipi sayan “Kaspi” qәzeti dә mövcudluğu
vә fәaliyyәti ilә ilk növbәdә hәmin tәlәbә cavab vermәyә 39
çalışacaq. Çünki inanırıq ki, mәhz belә bir bünövrәyә
әsaslanmaqla qәzetimiz qarşısına qoyduğu vәzifәlәri yerinә
yetirә vә cәmiyyәtin rәğbәtini qazana bilәr.
Bu hәqiqәti daim yadda saxlayan, daim bu prinsipdәn
çıxış edәn “Kaspi” öz proqramı, elәcә dә әyalәt mәtbuatının
verdiyi imkan çәrçivәsindә istәr rus, istәrsә dә dünya
gündәminin diqqәtәlayiq hadisәlәrini zamanında vә dolğun
işıqlandırmağa çalışacaq. Lakin siyasi hәyatın mühüm
hadisәlәrini, rus әdәbiyyatının vә rus ictimai mühitinin
gerçәk mәnzәrәsini diqqәtdә saxlamaqla yanaşı, qәzetimiz
indiyә qәdәr olduğu kimi, bundan sonra da Qafqaz ölkәsinin
problemlәrinә, xüsusәn dә yerli Bakı hәyatının hәyәcan
doğuran gündәlik mәsәlәlәrinә ardıcıl diqqәt yetirәcәkdir.
“Kaspi” yarandığı gündәn etibarәn bütün mövcudluğu
dövründә Qafqaz hәyatının güzgüsü kimi çıxış edib. Bu,
qәzetin artıq tarixә çevrilmiş xidmәtidir. Biz bundan sonra
da hәmin kursu dönmәdәn davam etdirәcәyik, Qafqaz