Page 35 - design_Topcubashov_Full_Layout 1
P. 35

...Xalqımızın müstəqil yaşayacağına inanırdıq


           Redaktorluq vә mәtndә rast gәlinәn, aydınlaşdırılması tәlәb
           olunan mәsәlәlәrlә bağlı şәrhlәr hazırlamaq vәzifәsi dә bizim
           üzәrimizә düşmüşdü. Nәşrin elmi mәslәhәtçisi isә Topçubaşov
           vә bütünlükdә mühacir irsinin  Azәrbaycana gәtirilmәsindә
           böyük zәhmәti olan Ramiz Abutalıbov idi. Birgә әmәyimiz öz
           bәhrәsini verdi. 2014–2015-ci illәrdә ümumi hәcmi 120 çap
           vәrәqindәn çox olan “Ә.Topçubaşov. Seçilmiş әsәrlәri” dörd -
           cild liyi çap olundu. Ölkәnin elmi ictimaiyyәtinin tanınmış
           simalarının, mütәxәssislәrin iştirakı ilә nәşrin tәşkilati işlәrini,
           maliyyә-texniki tәrәfini öz üzәrinә götürmüş aparıcı ali tәhsil
           müәssisәsindә –  Azәrbaycan Diplomatik  Akademiyasında
           kitabın tәqdimat mәrasimi keçirildi.
               XX әsrin әvvәllәrindәki bir sıra görkәmli ziyalılarımız kimi
           Әlimәrdan bәy dә gimnaziya vә universitetdә rus dilindә tәhsil
           almışdı. Tәbii ki, belә olan şәraitdә bütün әsәrlәrini dә incәliklәrinә
           qәdәr yiyәlәndiyi rus dilindә yazmışdı. Bu mәnada “Seçilmiş
           әsәrlәri”nin dörd cilddә nәşri ümumilikdә nә qәdәr mühüm hadisә
           olsa da, müasir azәrbaycandilli oxucunun tәlәblәrinә cavab vermәk
           baxımından ünvana çatmırdı. Ona görә dә XX әsrdәki ilk milli  35
           dövlәtimizin – varisi olduğumuz Azәrbaycan Cümhuriyyәtinin
           100 illik yubileyi qarşısında bu dövlәtin qurucularından birinin –
           Әlimәrdan bәy Topçubaşovun zәngin publisistik, diplomatik vә
           epistolyar irsindәn ayrı-ayrı nümunәlәri dilimizә tәrcümә etmәk
           qәrarına gәldim. Qarşınızdakı kitab belә meydana gәldi.
               Materialların seçilmәsi zamanı xronoloji ardıcıllıq prinsipinә
           әmәl edilib. Nәticәdә müәllifin yaradıcılıq yolunu vә çoxcәhәtli
           fәaliyyәtini ictimai-siyasi arenaya gәldiyi XIX yüzilliyin
           sonlarından XX әsrin 30-cu illәrinә qәdәr izlәmәk imkanı
           yaranıb. Әlimәrdan bәyin tarixi-publisist, ictimai-siyasi vә
           epistolyar irsi olduqca zәngindir. Ona görә dә biz kitabın tәrtibi
           zamanı yaxşıların içәrisindәn әn yaxşıları, öz dövrünün ruhu
           ilә sәslәşәn, xalqın mübarizә әzmini ifadә edәn vә yaşadığımız
           günlәrdә dә aktuallığını itirmәyәn nümunәlәri seçmәyә çalışmışıq.
               Sırf elmi nәşr hazırlamaq iddiasında olmasaq da, mәtnlәrdә
           tәsadüf edilәn çoxsaylı şәxs, tarixi hadisә, ictimai-siyasi hәrәkat
           adlarına vә s. şәrh vermәyi zәruri saydıq. Çünki hәmin izah vә
   30   31   32   33   34   35   36   37   38   39   40