Page 38 - design_Topcubashov_Full_Layout 1
P. 38

REDAKTORDAN


                                               1
                            u gündәn “Kaspi” qәzetinin redaktoru kimi
                            fәaliyyәtә başlayırıq. Qarşıda dayanan vәzifәlәrin
                     Bbütün çәtinlik vә mәsuliyyәtini dәrk edәrәk şәxsi
                  nöqteyi-nәzәrimizdәn hәmin vәzifәlәrin nәdәn ibarәt olması,
                  onları necә başa düşmәyimiz, icrasını hansı üsul vә vasitәlәrlә
                  hәyata keçirmәk istәmәyimiz, bir sözlә, üzәrimizә
                  götürdüyümüz işlәrin layiqli şәkildә necә yerinә yetirilәcәyi
                  barәdә bir neçә söz demәyi, mövqeyimizi aydınlaşdırmağı
                  özümüzә borc bilirik. Burada mәtbuatın әhәmiyyәti mәsәlәsinә
                  ümumiyyәtlә toxunmayacağıq. Müasir cәmiyyәtlәrdә mәtbu
                  sözün böyük rolu sivilizasiyaya qovuşmuş xalqlarda ilk
                  növbәdә ictimai hәyatın bütün sahәlәrinә göstәrdiyi tәsirlә
                  izah olunur. Cәmiyyәt mәdәni cәhәtdәn nә qәdәr inkişaf
                  edibsә, mәtbuatın tәsiri dә o qәdәr güclüdür.  Tam haqlı
          38      olaraq belә cәmiyyәtlәrdә mәtbuat ictimai-mәnәvi hәyatın
                  güzgüsü adlandırılır. Hәmin güzgü cәmiyyәt hәyatını özündә
                  gerçәk halda – bütün sevinc vә kәdәrlәri, bütün sinif vә
                  tәbәqәlәrin gündәlik yaşayışlarının әn müxtәlif tәzahürlәri
                  ilә әks etdirir. Eyni zamanda ictimai fikrin ifadәçisi kimi,
                  hәr bir cәmiyyәt üçün mühüm әhәmiyyәtә malik ideya vә
                  idealların daşıyıcısı vәzifәsini üzәrinә götürür. Bu ideya vә
                  ideallar isә özündә mövcud cәmiyyәt üçün zәruri olan
                  mütәrәqqi elementlәr daşıyır, insanları hәyata ruhlandırır,
                  onları gәlәcәk inkişafa, özünütәkmillәşdirmәyә sәslәyir.
                     Lakin mәtbuat yalnız o zaman belә әhәmiyyәtli mövqeyә
                  yüksәlә bilәr vә yüksәlmәlidir ki, daim namusla, dönmәdәn,
                  tutduğu yoldan sapmadan ictimai maraqların müdafiәsindә
                  dayansın, cәmiyyәt hәyatı üçün vacib hәqiqәtlәrin müdafiәsinә
                  xidmәt etsin.
                     Hәr bir mәtbu orqanın ali vәzifәsi özünü daim hәr yerdә
                  vә hәr şeydә hәqiqәt, yalnız hәqiqәt görmәk vә hәqiqәt
   33   34   35   36   37   38   39   40   41   42   43