Page 33 - design_Topcubashov_Full_Layout 1
P. 33

...Xalqımızın müstəqil yaşayacağına inanırdıq


           ali şurasına tәqdim etdiyi vә Cümhuriyyәtin de-fakto tanınmasına
           zәmin yaradan “Qafqaz  Azәrbaycanı Respublikasının Paris
           sülh konfransından tәlәblәri” adlı memorandumun mәtni yuxarıda
           sadalanan hәr üç dildә verilmişdi. Kitaba yazılmış “Avropaya
           pәncәrә açanlar” adlı geniş müqәddimәdә Ә.Topçubaşovun vә
           nümayәndә heyәtinin digәr üzvlәrinin Avropadakı diplomatik
           fәaliyyәtindәn vә mühacirәt illәrindә “Azәrbaycan davası” ilә
           bağlı gördüklәri işlәrdәn söhbәt açılmışdı.
               2009-cu ildә Bakı Slavyan Universiteti “Azәrbaycan -
           şünaslıq” seriyasından Ә.Topçubaşovun qayınatası, müәllimi
           vә milli mәtbuatımızın banisi Hәsәn bәy Zәrdabi haqqındakı
           “Маяк Азербайджана” (“Azәrbaycanın yolgöstәrәni”) tarixi
           oçerki bu sәtirlәrin müәllifi tәrәfindәn hazırlanmış, orijinal
           mәtni yenә dә Azәrbaycan türkcәsinә tәrcümәsi ilә birlikdә
           çap olunmuş vә oxucu auditoriyası tәrәfindәn böyük maraqla
           qarşılanmışdı.
               Moskvada yaşayan tatar әsilli tarixçi, tarix elmlәri doktoru
           Salavat İshakovun Azәrbaycan siyasi mühacirәtinin, elәcә dә
                                                                        33
           Әlimәrdan bәyin zәngin elmi-publisist yaradıcılığının, ilk
           növbәdә isә çoxşaxәli epistolyar irsinin, namәlum mәqalә vә
           çıxışlarının, gündәliklәrinin, sәfәr qeydlәrinin toplanması vә
           nәşri istiqamәtindәki fәaliyyәti dә xüsusi qeyd olunmalıdır. Bu
           vaxta qәdәr onun Moskvada çap etdirdiyi “Из истории
           азербайджанской эмиграции” (2012) – “Azәrbaycan
           mühacirәtinin tarixindәn”; “A.M.Tопчубаши. Документы из
           личных архивов” (2012) – “Ә.Topçubaşi. Şәxsi arxivlәrdәn
           sәnәdlәr”; “A.M.Tопчубаши и М.Э.Расулзаде. Переписка.
           1923–1926” (2012) – Ә.Topçubaşi vә M.Ә.Rәsulzadә. Yazışmalar.
           1923–1926”; “Настал момент... предать оглашению”:
           aзербайджанская эмиграция в письмах, записках, телеграммах
           1920–1937 гг. (2015) – “Sirlәri açmaq zamanı gәldi: Azәrbaycan
           mühacirәti mәktub, qeyd vә teleqramlarda. 1920–1937”
           kitablarında Ә.Topçubaşovla bağlı böyük әksәriyyәti elmi
           ictimaiyyәtә ilk dәfә tәqdim olunan nadir sәnәdlәr, әlәlxüsus
           da özündә maraqlı informasiya vә mülahizәlәr ehtiva edәn
   28   29   30   31   32   33   34   35   36   37   38