Page 29 - design_Topcubashov_Full_Layout 1
P. 29
...Xalqımızın müstəqil yaşayacağına inanırdıq
milli hәrәkatın bütöv bir dövrünün tәmsilçisini, böyük dövlәt
xadimini, milli müstәqillik uğrunda dönmәz mübarizi itirdik.
Elә bir zaman gәlәcәk ki, artıq ölkәmiz azad olacaq, Parlamentinin
ilk sәdrinә, müstәqilliyinin müdafiәçisinә minnәtdar olan xalq
onun abidәsini ucaldacaq”.
* * *
Azәrbaycan Cümhuriyyәtinin digәr qurucuları kimi Әlimәrdan
bәy Topçubaşovun da şәxsiyyәti vә irsi onilliklәr boyu ciddi
yasaq altında saxlanmışdı. Hәm dә milli-siyasi müxalifәtin
Avropadakı lideri olduğu üçün ona münasibәtdә tәzyiq vә
tәqiblәr bolşevik rejiminin ilk günlәrindәn – 1921-ci ildәn
başlamışdı. Mәsәlәn, qaynı, Hәsәn bәy Zәrdabinin kiçik oğlu,
hәmin dövrdә Cümhuriyyәt hökumәtinin xaricә göndәrdiyi
100 tәlәbә sırasında Almaniyada tәhsil alan (sonradan ölkәyә
qayıdıb rejimә qulluq etmәk şәrti ilә hәmin tәlәbәlәrin bir
qismini Azәrbaycan şura hökumәti dә maliyyәlәşdirirdi – Tәrc.)
Sәfvәt bәy Mәlikov mәhz Әlimәrdan bәyin qohumu olduğuna
görә Xalq Maarif Komissarlığının göstәrişi ilә tәqaüddәn 29
mәhrum edilmişdi. Yeni hökumәt sonradan aradan qaldırmağa
mәcbur olduğu sinizm dolu sәbәbi açıq şәkildә göstәrmәkdәn
dә çәkinmәmişdi.
1920-ci illәrdә mәtbuatda, sovet tәbliğatında, bolşevik
ideoloqlarının çıxışlarında әsassız ittihamlara, uydurma böhtan
vә tәhqirlәrә әn çox mәruz qalan siyasi opponentlәrdәn biri vә
bәlkә dә, birincisi Әlimәrdan bәy idi. Onu qatı panislamist vә
pantürkist kimi qәlәmә verir, “mürtәce qaragüruhçu kadet”
adlandırırdılar. “Bәdnam nümayәndә heyәti”nin rәhbәri kimi
“oyuncaq müsavat hökumәti”nin tanınmasına nail olmaq mәqsәdi
ilә Avropadakı ağalarının ayağına düşmәkdәn ötrü Parisә
getmәkdә ittiham edirdilәr. Hәm dә bu çirkin qarayaxma kampa -
niyası birtәrәfli qaydada aparıldığından hәr hansı cavab
hüququndan vә siyasi polemikadan söhbәt gedә bilmәzdi.
Amma repressiya tarixindә ayrı-ayrı nümunәlәrinә tәsadüf
etdiyimiz qәribә istisnalar da olurdu. Mәsәlәn, bolşevik tarixçisi
A.Rayevski Ә.Topçubaşovun 1919-cu ilin mart–dekabr aylarında