Page 26 - design_Topcubashov_Full_Layout 1
P. 26

Əlimərdan bəy Topçubaşov


                  inzibatçılığı, mәhkәmәsi, ordusu, mәktәblәri olan Azәrbaycanın
                  müstәqil şәkildә yaşadığını göstәririk. Bu Azәrbaycan bolşeviklәrlә
                  amansız mübarizәyә tab gәtirib. Demәli, azәrbaycanlılar hәyat
                  qabiliyyәtinә malik xalqdır vә müstәqil dövlәtini qura bilәrlәr.
                  Gücümüz çatdığı qәdәr, hәtta çatmasa belә, mövcud vәziyyәti
                  qoruyub saxlamaq, bu özünütәsdiqi mühafizә etmәk lazımdır.
                  Biz istәrdik ki, hamı, bütün xalqımız müstәqil ictimai-siyasi vә
                  iqtisadi mövcudluğa qabiliyyәtimizin çatdığını sübuta yetirmәk
                  üçün imtahan qarşısında olduğunu yaxşı başa düşsün.
                     İnanıram ki, bunu bacaracağıq. Çünki xalqımız, hәqiqәtәn
                  dә, qabiliyyәtlidir, ölkәmiz tәbii sәrvәtlәrlә zәngindir. İndiyә
                  qәdәr әxlaqi başlanğıca әsaslanan siyasi mәktәbimiz olma -
                  dığından geniş xalq kütlәlәrinin öz gәnc dövlәtinin müәssisә
                  vә qurumlarından nümunә götürmәsi, yaşadığımız sınaq anının
                  tam ciddiyyәtini dәrk etmәsi son dәrәcә zәruridir. Paytaxt vә
                  rәhbәr xadimlәr – Azәrbaycana bütün varlığı ilә xidmәt etmәyin
                  nümunәsini geniş xalq kütlәlәrinә onlar göstәrmәlidir. Ümumi
                  borc xalqı sәfәrbәr etmәk, onu müstәqil mövcudluq ideyası
          26      әtrafında sıx birlәşdirmәkdir. Çünki artıq şüurlarda geriyә dönüş
                  üçün yer olmadığına, ola da bilmәyәcәyinә әminik. Qarşımızda
                  yalnız bir yol var, o da Azәrbaycanın müstәqilliyinә aparan
                  yoldur!”
                     Ә.Topçubaşov vә nümayәndә heyәtinin digәr üzvlәrinin
                  titanik zәhmәti sayәsindә dünәnә qәdәr yalnız xәyalda yaşananları
                  qismәn dә olsa, gerçәyә çevirmәk mümkün oldu –1920-ci il
                  yanvarın 11-dә Paris sülh konfransının Ali Şurası Azәrbaycanın
                  müstәqilliyini de-fakto tanıdı. Yüz illәr boyu ürәklәrdә yaşadılan
                  müstәqillik vә milli dövlәtçilik arzusunun hәyata keçmәsi
                  yolunda real imkanlar yarandı. Lakin ümumxalq sevincinin
                  ömrü uzun sürmәdi – üç ay yarımdan sonra XI Qırmızı ordu
                  dünyanın böyük güclәrinin susaraq razılıq vermәlәri nәticәsindә
                  Azәrbaycanı işğal etdi. Minlәrlә qurbanlar bahasına әldә edilmiş
                  milli müstәqilliyә rus süngülәri ilә son qoyuldu.
                     Bolşevik işğalı vә qurucularından biri olduğu dünyadakı
                  ilk müsәlman respublikasının süqutundan sonra Әlimәrdan bәy
                  siyasi mühacir kimi Fransada qalmalı oldu. Bütün maliyyә
   21   22   23   24   25   26   27   28   29   30   31