Page 31 - design_Topcubashov_Full_Layout 1
P. 31

...Xalqımızın müstəqil yaşayacağına inanırdıq


           türk-müsәlman xalqlarının milli maraqlarının müdafiәçisi,
           partiya sәdri kimi gördüyü işlәr, bir sözlә, hәr şey unutdurulmuş,
           üzәrinә bilinmәzlik vә mübhәmlik pәrdәsi çәkilmişdi. Bu,
           әslindә, sovet rejiminin, Stalin idarәçiliyinin mahiyyәtinә uyğun
           yanaşma tәrzi idi – insan özü ortada yoxdursa, onun adı vә
           әmәllәri meydanda deyilsә, demәli, problem dә yoxdur...
               Sovet rejimi şәraitindә Әlimәrdan bәy Topçubaşovun adına,
           irsinә vә fәaliyyәtinә münasibәtdә unutqanlıq pәrdәsinin
           qaldırılmasına yalnız 1970-ci illәrin ortalarında cәhd göstәrildi.
           Azәrbaycan xalqının ümummilli lideri Heydәr Әliyevin tәşәbbüsü
           ilә onun arxivinin vәtәnә gәtirilmәsi mәsәlәsi qaldırıldı. Oğlu,
           Fransanın tanınmış şәrqşünas alimlәrindәn biri, uzun illәr
           atasının әn yaxın kömәkçisi Әlәkbәr bәy Topçubaşovun rәsmәn
           ölkәmizә sәfәrinin tәşkili gündәliyә çıxarıldı. Lakin sovet
           rejiminin hәlә kifayәt qәdәr güclü olduğu dövrdә bu mәsәlәlәrin
           hәlli ilk baxışdan göründüyü qәdәr dә asan deyildi.
               XX әsrin sonlarında Azәrbaycanın dövlәt müstәqilliyinin
           bәrpası әsrin әvvәllәrindә xalqa bu müstәqilliyi daddırmağı,
           yoxdan üçrәngli bir bayraq yaratmağı bacaran millәt fәdailәrinә  31
           dә ikinci hәyat verdi, mübarizәlәrinin haqq olduğunu dünyaya
           bәyan etdi. Onların arxivlәrin küncündәn, saralmış qәzet vә
           jurnal sәhifәlәrindәn, xarici ölkәlәrin kitabxanalarından tapılan
           әsәrlәri, mәqalә vә mәktubları pozulan, saxtalaşdırılan, hәr
           vasitә ilә unutdurulmağa cәhd edilәn yaxın tariximizin namәlum
           sәhifәlәrini dә qismәn bәrpa etmәyә imkan verdi.
               Yadımdadır, 1989-cu illәrdә, Meydan hәrәkatının qızğın
           dövründә düz 70 il әvvәl – 1919-cu ildә Ә.Topçubaşovun
           rәhbәr liyi altındakı  Azәrbaycan nümayәndә heyәtinin Paris
           sülh konfransına tәqdim etdiyi “Qafqaz  Azәrbaycanı
           Respublikasının sülh konfransından tәlәblәri” adlı sәnәdi
           ingiliscәdәn çevirib (tәrcümәçi bu sәtirlәrin müәllifi idi – V.Q.)
           linotip üsulu ilә çoxaltmışdıq, cildlәyib kitabça halına salmışdıq.
           Onun oxunmaqdan didilmiş vәrәqlәri  Azadlıq meydanına
           toplaşan on minlәrlә insanın arasında әl-әl gәzirdi. Hәmin
           günlәrdә can atdıqlarımızla 70 il öncәki niyyәtlәr arasındakı
           qeyri-adi bәnzәrlik sәnәdlә tanış olanların hamısında xoş bir
   26   27   28   29   30   31   32   33   34   35   36