Page 30 - design_Topcubashov_Full_Layout 1
P. 30
Əlimərdan bəy Topçubaşov
İstanbul vә Parisdәn Azәrbaycan hökumәtinә göndәrdiyi
mәktubları özünün müqәddimә, tәrtib vә izahları ilә 1930-cu
ildә Bakıda “Мусаватское правительство Азербайджанской
Республики на Версальской конференции. Донесения
председателя азербайджанской мусаватской делегации
(март–декабрь)” (“Azәrbaycan Respublikası müsavat hökumәti
Versal konfransında. Azәrbaycan müsavat nümayәndә heyәti
sәdrinin mәlumatları (mart–dekabr)”) adı altında ayrıca kitab
şәklindә çap etdirmişdi. Doğrudur, bolşevik tarixçiliyi әnәnәsinә
uyğun şәkildә dövlәtin özünün vә onun sülh konfransına
göndәrdiyi nümayәndә heyәtinin adı saxtalaşdırılsa da, hәr
yerә süni şәkildә “müsavat” damğası yapışdırılsa da, hәmin
kitab diplomatiya tariximizin qiymәtli sәnәdlәrini izsiz-soraqsız
yoxa çıxmaqdan xilas etmişdi.
1930-cu illәrdә sovet rejimi daha çox daxildәki “düşmәn”lәrә
qarşı savaş açmışdı. Bütünlükdә mühacirәt, xüsusәn dә “milli
ucqarlar”ın siyasi liderlәri artıq o qәdәr dә ciddi tәhlükә
mәnbәyi sayılmadığından, digәr tәrәfdәn isә cәmiyyәt mühacir
30 dairәlәrin fәaliyyәti ilә bağlı hәr hansı gerçәk mәlumat әldә
etmәk imkanından mәhrum olduğundan onlara, ümumiyyәtlә,
fikir vermәmәyi, görmәmәzliyә vurmağı, mümkün dәrәcәdә
unutmağı vә unutdurmağı daha mәqsәdәuyğun sayırdılar.
Cәmiyyәtdә yaradılmış total qorxu xofu vә Sovetlәr İttifaqını
cağdaş dünyadan ayıran “dәmir pәrdә” dә siyasi mühacir
dairәlәrin tam tәcrid olunmasına, susdurulmasına xidmәt edirdi.
Belәliklә, digәr tale qardaşları kimi, Әlimәrdan bәyin adı
da yetmiş ilә yaxın bir müddәt әrzindә Azәrbaycanın gerçәk
tarixindәn, Azәrbaycan xalqının yaddaşından sıxışdırılıb
çıxarılmışdı.
Hәm dә bu, tәkcә onun siyasi fәaliyyәtinә, Azәrbaycan
Cümhuriyyәtinin rәsmisi, Parlament sәdri, milli qayәli diplomat,
dövlәt xadimi kimi gördüyü işlәrә aid deyildi. Onun ilk peşәkar
azәrbaycanlı vәkillәrdәn biri, Bakı Şәhәr Dumasının üzvü,
“Hәyat” qәzetinin naşiri, “Kaspi”nin ilk azәrbaycanlı redaktoru,
türk-müsәlman qurultaylarının tәşkilatçısı, maarifçilik vә
xeyriyyәçilik sahәsindә yorulmaz xadim, görkәmli publisist,