Page 27 - design_Topcubashov_Full_Layout 1
P. 27
...Xalqımızın müstəqil yaşayacağına inanırdıq
qaynaqlarının kәsildiyi bir şәraitdә, tәkbaşına da olsa, o, dünya
birliyinin Azәrbaycandakı bolşevik işğalını tanıması yolunda
çalışırdı. Bu mәqsәdlә Genuya (1922) vә Lozanna (1923)
konfranslarının işinә qatılaraq müstәqil Azәrbaycan Cümhuriyyәti
adından sәrt bәyanatlar sәslәndirmişdi. Siyasi xadimlәrlә
görüşlәrindә, müsahibә vә mәqalәlәrindә, müraciәt vә rәsmi
mәktublarında Әlimәrdan bәy Avropa ictimaiyyәtinin vә
mәtbuatının, siyasәtçi vә dövlәt xadimlәrinin, Parlament
üzvlәrinin diqqәtini vәtәninin üzlәşdiyi fәlakәtә – işğal faktına
yönәltmәyә çalışırdı.
Ahıl yaşına, daim ehtiyac vә xәstәliklәrlә çarpışmasına
baxmayaraq, o, hәyatının sonuna qәdәr Azәrbaycan siyasi
mühacirәtini birlәşdirmәk, digәr ölkәlәrdәki mühacir tәşkilatları
vә Qәrbin antikommunist qüvvәlәri ilә әlaqәlәr yaratmaq işini
davam etdirmişdi. Әlimәrdan bәyin çoxillik tәcrübәsi vә siyasi
xarizması Rusiya milli ucqarlarının çağdaş tarixә Prometey
hәrәkatı kimi daxil olan azadlıq mübarizәsindә önәmli rol
oynamışdı. Hәyatının sonuncu ilindә, vәfatına dörd ay qalmış
Gürcüstan vә Dağlılar Respublikasının nümayәndәlәri ilә 27
birlikdә Brüsseldә imzaladığı “Qafqaz Konfederasiyası” paktı
ilk növbәdә onun әmәyinin bәhrәsi, çoxillik birlәşdiricilik
fәaliyyәtinin nәticәsi idi.
Ә.Topçubaşov Parisdә siyasi mühacir kimi yaşadığı 14 il
әrzindә Fransanın nüfuzli siyasi dairәlәri, bir sıra elmi vә ictimai
tәşkilatları ilә qarşılıqlı әlaqә yaratmış, sәmәrәli әmәkdaşlıq
yolunu tutmuşdu. Şәrq vә Qәrbi әhatә edәn intellektual potensialı,
geniş dünyagörüşü, 40 illik zәngin siyasi vә diplomatik iş
tәcrübәsi sayәsindә o, mühacir tәşkilatları arasında böyük nüfuz
qazanmışdı. Әlimәrdan bәy siyasi fәaliyyәtini davam etdirmәklә
yanaşı, 1919-cu ildә Paris Beynәlxalq Diplomatiya Akademiyası
yanında “Fransa-Qafqaz”, “Fransa-Asiya”, “Fransa-Şәrq” kimi
elmi cәmiyyәtlәrin üzvü idi.
Siyasi fәaliyyәt vә mühacir hәrәkatına rәhbәrliklә yanaşı,
o, hәyatının Paris dövründә ölkәsinin tarix vә mәdәniyyәti ilә
yaxından maraqlanırdı. 1925-ci ildә rus dilindә “Маяк
Азербайджана” (“Azәrbaycanın yolgöstәrәni”) әsәrini başa