Page 32 - design_Topcubashov_Full_Layout 1
P. 32
Əlimərdan bəy Topçubaşov
heyrәt yaradır, xalqın gәlәcәyi ilә bağlı idealların ölmәzliyinә
inamı artırırdı.
Eyni zamanda bu idealları onilliklәrdәn keçirib günümüzә
gәtirәn işıqlı şәxsiyyәtlәrin hәyat vә mübarizәlәrinә böyük
maraq doğururdu. Hәmin korifey insanların ilk sırasında
gәlәnlәrdәn biri dә Әlimәrdan bәy Topçubaşov idi.
Onun tәrcümeyi-halı, şәxsiyyәti, ictimai-siyasi fәaliyyәti
haqqında daha çox fakt, mәlumat xarakteri daşıyan ilk mәqalәlәr
vә әsәrlәrindәn nümunәlәr dә 1990-cı illәrin әvvәllәrindәn çap
olunmağa başladı. 1994-cü ildә hәmin dövrdә ölkәmizin xarici
işlәr naziri vәzifәsindә çalışan görkәmli diplomat vә ziyalı
Hәsәn Hәsәnovun, Ataxan Paşayev vә Vaqif Ağayevin birgә
sәyi ilә Hәsәn müәllimin redaktәsi altında Ә.Topçubaşovun
rus dilindә “Дипломатические беседы в Стамбуле” (“İstanbulda
diplomatik söhbәtlәr”) kitabı nәşr edildi. Bizim Meydan
günlәrindәki qeyri-formal tәşәbbüsümüzü istisna etmәklә, bu
kitab daha çox “ifşa” xarakteri daşıyan 1930-cu il nәşrindәn
sonra Topçubaşov irsinә ilk rәsmi müraciәt idi. Nadir әlyazmaları
32 әsasında hazırlanmış maraqlı kitabda 1918-ci ilin avqustunda
Azәrbaycan Cümhuriyyәtinin fövqәladә vә sәlahiyyәtli naziri
kimi İstanbula yola düşәn Әlimәrdan bәyin növbәti ilin aprelinә
qәdәr Osmanlı paytaxtında müxtәlif ölkәlәrin tәmsilçilәri, türk
dövlәt xadimlәri ilә keçirdiyi çoxsaylı görüşlәrin söhbәt yazıları
toplanmışdı.
Azәrbaycan Cümhuriyyәtinin qurulmasının 80-ci ildö nü -
münün qeyd edildiyi 1998-ci ildә bu sәtirlәrin müәllifi yuxarıda
adı çәkilәn A.Rayevskinin nәşri әsasında geniş müqәddimә ilә
Azәrbaycan vә rus dillәrindә “Paris mәktubları” (“Pisma iz
Parija”) kitabını çap etdirdi. Burada ilk dәfә olaraq Ә.Top -
çubaşovun İstanbul vә Parisdәn Azәrbaycan Respublikası
Nazirlәr Şurasının sәdrinә göndәrdiyi mәktublar hәm orijinalda,
hәm dә ana dilinә tәrcümәdә işıq üzü görmüşdü.
2008-ci ildә Bakıda mәnim hazırladığım “Azәrbaycan Paris
sülh konfransında” kitabı üç dildә – Azәrbaycan, ingilis vә
fran sız dillәrindә nәşr olundu. Adı çәkilәn kitabda Ә.Top -
çubaşovun rәhbәrliyi ilә nümayәndә heyәtinin sülh konfransının