Page 34 - design_Topcubashov_Full_Layout 1
P. 34
Əlimərdan bəy Topçubaşov
mәktublar toplanmışdır. Hazırda Moskvanın “Художественная
литература” nәşriyyatı Heydәr Әliyev Fondunun maliyyә
dәstәyi ilә nadir sәnәd vә materialların toplandığı dörd kitabdan
ibarәt “A.M.Топчибаши. Парижский архив. 1919–1940”
(“Ә.Top çubaşi. Paris arxivi. 1919–1940”) çoxcildliyini nәşr
etdirir. Әli mәrdan bәyin Azәrbaycanın müstәqilliyi uğrunda
hәyatının sonuna qәdәr sürmüş qeyri-adi mübarizәsini әks
etdirәn nәşrin müәlliflәri gürcü әsilli fransız tarixçisi Georgi
Mamulia vә mühacirәt irsinin bilicisi Ramiz Abutalıbovdur.
Azәrbaycan Respublikasının Prezidenti İlham Әliyevin
2013-cü il fevralın 25-dә imzaladığı “Әlimәrdan bәy Topçuba -
şo vun 150 illik yubileyinin keçirilmәsi haqqında” sәrәncamı
görkәmli diplomat vә dövlәt xadiminin yaradıcılıq irsinin
toplanmasına vә nәşrinә, onun hәyatı vә çoxcәhәtli fәaliyyәti
haqqında yeni tәdqiqatların meydana çıxmasına tәkan verdi.
Sәrәncamda respublikanın müvafiq qurumları qarşısında milli
dövlәtçiliyimizin banilәrindәn biri kimi, Ә.Topçubaşovu hәrtәrәfli
öyrәnmәk, müstәqillik şәraitindә qeyd olunan ilk yubileyini
34
yüksәk sәviyyәdә keçirmәk vәzifәsi qoyulmuşdu. Tarix elmlәri
doktoru, professor Cәmil Hәsәnlinin fundamental “Tarixi
şәxsiyyәtin tarixi” monoqrafiyası da hәmin sәrәncamın işığında
meydana çıxdı.
Hәlә yubileyә bir neçә il qalmış, daha dәqiq desәm, 2008-ci
ildәn etibarәn o zaman ölkәmizin Macarıstanda sәfiri olan
Hәsәn Hәsәnovun tәklifi ilә Әlimәrdan bәyin rus dilindә
dördcildlik “Избранное” (“Seçilmiş әsәrlәri”) kitabının tәrtibi
vә çapa hazırlanması üzәrindә işә başlamışdıq. Sonradan
yuxarıda adını çәkdiyim moskvalı tarixçi Salavat İshakovun da
cәlb olunduğu bu layihә kifayәt qәdәr geniş zaman kәsimini,
habelә xarakter etibarı ilә bir-birindәn fәrqlәnәn zәngin tarixi-
siyasi materialları әhatә edirdi. Uzun illәrin zәhmәti sayәsindә
ilk növbәdә mәhz Hәsәn Hәsәnov Topçubaşov irsinin böyük
bir qismini toplayıb, xronoloji vә tematik dövrlәşdirmә apararaq
tәrtib etmişdi. Eyni zamanda mәnim vә Salavat İshakovun
aşkara çıxardığı bir sıra materiallardan da yararlanmışdı.