Page 28 - design_Topcubashov_Full_Layout 1
P. 28
Əlimərdan bəy Topçubaşov
çatdırmışdı. Zәngin tarixi fakt vә şәxsi tәәssüratlar әsasında
qәlәmә alınmış bu maraqlı araşdırma ilk sayının çapdan
çıxmasının 50 illiyi münasibәti ilә milli mәtbuatımızın pioneri
“Әkinçi” qәzetinә, milli mәtbuatımızın yaradıcısı, özünün
qayınatası vә müәllimi Hәsәn bәy Zәrdabiyә hәsr edilmişdi.
Maraqlıdır ki, әvvәldә dә qeyd etdiyim kimi, 1922-ci ildә
Әlimәrdan bәy bolşevik işğalına etiraz olaraq rus sonluğu ilә
bitәn soyadından imtina etmiş, şәxsi yazışmalarında, mәtbuatdakı
çıxış vә rәsmi müraciәtlәrindә soy-kök adına – Topçubaşi
soyadına qayıtmışdı.
Әlimәrdan bәyin ömür yolu 1934-cü il noyabrın 5-dә
vәtәndәn uzaqlarda, Paris әtrafındakı Sent-Klu qәsәbәsindә
başa çatdı. Dәfn mәrasimi üç gün sonra – noyabrın 8-dә
keçirildi. Ölümü yalnız hәmvәtәnlәrini deyil, keçmiş Rusiya
imperiyasının әksәr xalqlarının siyasi mühacirәt dairәlәrini
silkәlәdi. Bolşevik çevrilişinin vәtәnlәrindәn didәrgin saldığı
yüzlәrlә insan onun simasında әzmkar mübarizә yoldaşını,
sәdaqәtli dostu vә siyasi lideri itirmişdilәr. Bәlkә, bu sәbәbdәn
28 dә azәrbaycanlı Әlimәrdan bәy Topçubaşovun dәfni çoxmillәtli
Paris mühacirlәrinin birlik nümayişinә çevrilmişdi.
Vida mәrasimindә hәmvәtәnlәri ilә birlikdә Gürcüstan,
Ukrayna, Ermәnistan, Orta Asiya, Dağıstan, Volqaboyu vә
başqa regionlardan olan, çoxu vaxtilә Paris sülh konfransında
indi sovet işğalı altındakı ölkәlәrini tәmsil etmiş siyasi xadimlәr,
keçmiş dövlәt vә hökumәt başçıları iştirak edirdilәr. Mәrhumun
mәzarı başında onun sәmimiyyәti, yüksәk insani keyfiyyәtlәri,
siyasi müdrikliyi, sәbatlılığı haqqında ürәkdәn gәlәn çoxlu
gözәl, hәrarәtli sözlәr söylәndi. Lakin heç şübhәsiz, Әlimәrdan
bәyin fәaliyyәtinә әn yüksәk qiymәti uzun illәrin mübarizә
yoldaşı Mәhәmmәd Әmin Rәsulzadә vermişdi. O, böyük
hәmvәtәninin vәfatı ilә bağlı mәqalәsindә yazırdı: “Әlimәrdan
bәyin adı bizim siyasi vә ictimai hәyatımızın әn vacib dövrlәrindәn
birinin yaranmasını özündә tәcәssüm etdirir. Sözü, qәlәmi,
tükәnmәz enerjisi ilә o, hәyatının son gününә qәdәr xalqının
xoşbәxtliyi vә millәtinin haqq işi uğrunda mübarizәnin ön
cәrgәsindә getdi. Biz azәrbaycanlılar Әlimәrdan bәyin simasında