Page 23 - design_Topcubashov_Full_Layout 1
P. 23

...Xalqımızın müstəqil yaşayacağına inanırdıq


           kimi etimadnamәsini sonuncu Osmanlı sultanı VI Vәhdәtәddinә
           tәqdim etdi. Lakin Osmanlının Birinci Dünya müharibәsindә
           mәğlubiyyәtә uğraması vә tәslimçi Mudros sülh sazişini
           imzalamaq mәcburiyyәti qarşısında qalması dәfәlәrlә müzakirә
           olunan qarşılıqlı әmәkdaşlıq niyyәtlәrinin hәyata keçirilmәsinә
           imkan vermәdi. Bakı Qafqaz İslam Ordusunun yardımı ilә
           işğaldan qurtulandan sonra gәnc Azәrbaycan dövlәti müstәqil
           mövcudluq uğrunda tәkbaşına mübarizә aparmalı oldu.
               Cümhuriyyәtin qurucuları dövlәt idarәçiliyinin demokratik
           formasını – Parlament respublikasını seçdilәr. Müstәqillik
           elanından beş ay sonra – 1918-ci il dekabrın 7-dә Azәrbaycan
           Mәclisi-Mәbusanı (Parlament) işә başladı. Diplomatik missiya
           ilә İstanbulda olsa da, Әlimәrdan bәy millәt vәkillәrinin sәs
           çoxluğu ilә qanunverici qurumun ilk sәdri seçildi. Ümumrusiya
           müsәlman partiyası “İttifaqi-müslimin”ә qısamüddәtli rәhbәrliyi
           istisna edilәrsә, Әlimәrdan bәy heç bir siyasi partiyanın üzvü
           olmamışdı. Geniş dünyagörüşü, demokratik dәyәrlәrә sabit vә
           dәyişmәz münasibәti ilә seçilirdi. Öz dövrünün görkәmli
           hüquqşünası, mәşhur publisist, ictimai-siyasi xadim, mahir   23
           diplomat kimi tanınırdı. Sadalanan keyfiyyәtlәri, habelә yaşı
           vә hәyat tәcrübәsi sayәsindә o, geniş xalq kütlәlәri vә partiya
           mәnsubiyyәtindәn asılı olmayaraq, dövrün siyasi isteblişmenti
           arasında böyük nüfuza malik idi.
               Vәtәnә qayıdıb Parlamentin fәaliyyәtinә rәhbәrlik etmәk
           Әlimәrdan bәyә müyәssәr olmadı – 1918-ci ilin dekabrında
           Parlament onun Azәrbaycan nümayәndә heyәtinin sәdri kimi,
           Birinci Dünya müharibәsindәn sonra yeni dünya düzәnini
           müәyyәn etmәli olan Paris sülh konfransına göndәrilmәsi haqda
           qәrar çıxardı. Heyәtin tәrkibinә müxtәlif partiya vә fraksiyaların
           tәmsilçilәri daxil edilmişdi. Azәrbaycan heyәti İstanbula 1919-cu
           il yanvarın әvvәllәrindә gәldi vә burada Müttәfiq dövlәtlәrin
           Osmanlı paytaxtındakı komandanlığı ilә Fransaya viza almaq
           uğrunda bir neçә ay çәkәn uzun vә mәşәqqәtli mübarizә baş -
           landı. Nümayәndә heyәti yalnız aprelin sonlarında yola çıxa
           bildi vә mayın 9-da Parisә gәlib sülh konfransının iclaslarına
           qoşulmaq imkanı qazandı.
   18   19   20   21   22   23   24   25   26   27   28