Page 20 - design_Topcubashov_Full_Layout 1
P. 20

Əlimərdan bəy Topçubaşov


                     1917-ci il Fevral inqilabından sonra siyasi xadim, milli
                  lider kimi Ә.Topçubaşovun hәyat vә fәaliyyәtinin yeni dövrü
                  başlanır. Yeni şәrait, tәlәb vә imkanlar nәticәsindә o, xalqının
                  milli müstәqillik mübarizәsinin aparıcı simalarından birinә
                  çevrildi. Mütlәqiyyәt rejiminin çökmәsi, nisbi demokratik ab-
                  havanın formalaşması nәticәsindә Әlimәrdan bәy mәtbuatda
                  çıxışları, müxtәlif aksiya, mitinq, nümayiş vә küçә yürüşlәrinin
                  tәşkili vә tәşviqi ilә yanaşı, soydaşlarının ictimai-siyasi hәyata
                  daha fәal qoşulmaları, milli birlik zәminindә tәşkilatlanmaları
                  üçün dә bir sıra әmәli addımlar atmışdı. Qüvvәlәrin birliyini
                  tәmin etmәk üçün o, 1917-ci ilin mart ayında Gәncә vә Tiflisdә
                  olmuş, hәr iki şәhәrdә soydaşlarını maariflәndirmәk mәqsәdi
                  ilә yeni siyasi şәrait vә vәzifәlәrә aid qurultaylar keçirmişdi.
                  Aprel ayında isә Әlimәrdan bәyin sәdrliyi ilә Bakıda müsәlman
                  qurultayı keçirilmişdi. İştirakçılara tәbrik nitqi ilә müraciәt
                  edәn Ә.Topçubaşov hәmvәtәnlәrini digәr Qafqaz xalqları ilә
                  birlikdә keçmiş Rusiyanın milli vә dini ayrı-seçkilik siyasәtinә
                  qarşı qәtiyyәtli mübarizәyә çağıraraq demişdi: “Qafqaz
          20      müsәlmanlarının bugünkü qurultayı son yüz ildә keçirilәn ilk
                  böyük toplantıdır ki, orada xalqın azad sәsi eşidilәcәk. Bu
                  qurultay Qafqazın tarixi әzәmәtini özünә qaytaracaq”.
                     Aprel qurultayında onun mәslәhәti ilә Azәrbaycanda iki
                  aparıcı siyasi qüvvәnin liderlәri – M.Ә.Rәsulzadә vә N.Yusifbәyli
                  rәhbәri olduqları siyasi partiyaların birlәşmәsinә qәrar verdilәr
                  vә nәticәdә bir güclü partiya “Türk Әdәmi-mәrkәziyyәt firqәsi
                  Müsavat” meydana çıxdı. Bu partiya 1917-ci ildә Müәssislәr
                  Mәclisinә seçkilәrdә inamlı qәlәbә qazandı, bir il sonra isә
                  müstәqil  Azәrbaycan Cümhuriyyәti Parlamentindә aparıcı
                  qüvvәyә çevrildi.
                     1917-ci il 11–17 may tarixlәrindә Ә.Topçubaşov Rusiya
                  mü   sә l manlarının Moskva qurultayında iştirak etdi. Bu, im -
                  periyanın süqutundan sonra türk-müsәlman toplumunun ilk
                  irimiqyaslı forumu idi. Gündәlikdә dayanan әn vacib mәsәlәlәrdәn
                  biri keçmiş imperiyanın gәlәcәk siyasi-inzibati quruluşu ilә
                  bağlı idi. Ә.Topçubaşovun sәdrlik etdiyi iclasda M.Ә.Rәsulzadәnin
                  irәli sürdüyü yerli muxtariyyәtә әsaslanan xalq respublikası
   15   16   17   18   19   20   21   22   23   24   25