Page 17 - design_Topcubashov_Full_Layout 1
P. 17
...Xalqımızın müstəqil yaşayacağına inanırdıq
mayәndә ilә tәmsil olunurdu. Ә.Topçubaşovun tәşәbbüsü vә
sәdrliyi altında artıq qanunverici orqanın işinә qatılmaq imkanı
qazanan 22 deputat iyunun 21-dә fraksiyanın ilk iclasına
toplaşdı. Onun sәdrliyi ilә fraksiyanın 7 nәfәrlik bürosu yaradıldı.
I Dövlәt Dumasındakı qısamüddәtli fәaliyyәti dövründә
azәrbaycanlı siyasi xadim daha bir cәsarәtli siyasi layihәnin
tәşәbbüskarı vә fәal iştirakçıları sırasında adını tarixә hәkk etdi
– o, polyak A.Lednitski vә ukraynalı İ.Şraqla birlikdә qeyri-rus
xalqlarına muxtariyyәt tәlәbi ilә çıxış edәn “Muxtariyyәtçilәr
ittifaqı” adlı qurum yaratdı. İttifaqın tәrkibindә polyak, azәr -
baycanlı, ukraynalı, gürcü vә başqa xalqların nümayәn dәlәrindәn
ibarәt 30-a yaxın duma üzvü birlәşmişdi. Ә.Topçubaşov burada
sәdrin müavini idi.
Lakin onun vә әqidә dostlarının paytaxtda belә qeyri-adi
hәrәkәtliliklә başlanan fәaliyyәti bir aydan da az çәkdi. İyulun
9-da çar II Nikolayın manifesti ilә “әhali arasından seçilәnlәr...
özlәrinә aid olmayan sahәlәrә müdaxilә etdiklәrinә” görә duma
buraxıldı. Çarın manifestinә etiraz bildirәn deputatların bir
qrupu Peterburq yaxınlığındakı kiçik Vıborq şәhәrindә toplaşıb, 17
“Xalqa xalq nümayәndәlәrindәn” adlı müraciәt qәbul etdi.
Sonralar daha çox “Vıborq bәyannamәsi” kimi mәşhurlaşan
sәnәdi imzalayan 200 nәfәrә yaxın keçmiş duma üzvü arasında
azәrbaycanlı deputatlar – Ә.Topçubaşov vә İ.Ziyadxanov da
var idi. Әlimәrdan bәy cәsarәtli hәrәkәtinә görә çar mәhkәmәsinin
hökmü ilә bütün siyasi hüquqlarından mәhrum olundu vә üçaylıq
hәbs cәzasına mәhkum edildi. Cәzasını 1908-ci ildә Peterburqun
“Kresti” hәbsxanasında çәkdi.
Lakin ağır vә çәtin “Vıborq sınağı” Ә.Topçubaşovda seçdiyi
yolun düzgünlüyünә heç bir şübhә oyatmadı. Qısamüddәtli
duma fәaliyyәti başa çatandan bir neçә ay sonra, 1906-cı ilin
avqustunda o, Rusiya müsәlmanlarının III qurultayının işinә
rәhbәrlik edirdi. Forumun gedişindә onun hazırladığı vә geniş
müzakirәlәrdәn keçәn proqram vә nizamnamә әsasında “İttifaqi-
müslimin” ictimai qurumdan siyasi partiyaya çevrildi. Proqramda
göstәrilirdi ki, yeni siyasi tәşkilatın yaradılmasında әsas mәqsәd
“müsәlmanların siyasi, iqtisadi, ictimai vә dini mәsәlәlәrini