Page 12 - design_Topcubashov_Full_Layout 1
P. 12
Əlimərdan bəy Topçubaşov
siyasәtinә baxmayaraq, Bakı get-gedә daha artıq dәrәcәdә hәm
dә Azәrbaycan türklәrinin, milli fikir vә düşüncәnin, qurucuları
sırasında Әlimәrdan bәyin dә aparıcı yer tutduğu gәlәcәk
müstәqil dövlәtin paytaxtı statusuna iddia edirdi.
Tiflisli Ә.Topçubaşov doğma xalqı üçün “neft vә milyonlar
sәltәnәti”nin getdikcә artan әhәmiyyәtini qiymәtlәndirәrәk
1896-cı ildә birdәfәlik Bakıya köçmüş vә tezliklә burada
ictimai-siyasi vә mәdәni proseslәrin mәrkәzindә yer almışdı.
Növbәti ildә o, yerli qanunverici orqanın – Bakı Şәhәr Dumasının
tәrkibinә seçilmişdi. H.Zәrdabi, İ.Aşurbәyov, F.Vәzirov,
H.Mahmudbәyov vә digәr azәrbaycanlı qlasnılarla birlikdә
doğma şәhәrindә hüquqsuz vәziyyәtdә yaşayan soydaşlarının
– yerli xalqın maraqlarını müdafiә etmәyә başlamışdı.
1898-ci ildә daha bir böyük arzusu yerinә yetmişdi –
çoxdan bәri ictimai tribuna sorağında olan Ә.Topçubaşov bir il
әvvәl neft milyonçusu vә xeyriyyәçi H.Z.Tağıyevin mәtbәәsi
ilә birlikdә qızıl pulla 57 min manata satın alıb azәrbaycanlı
ziyalıların sәrәncamına verdiyi rusdilli “Kaspi” qәzetinin
12 redaktoru kimi fәaliyyәtә başlamışdı. O, qәzet işindә, mәtbuat
sahәsindә tam yeni deyildi. Hәmin vaxta qәdәr sırf kommersiya
xarakterli gündәlik “Bakı Ticarәt-Sәnaye Vәrәqi” adlı nәşri
redaktә etmişdi. Rusdilli mәtbuatdan xalqın maraqları naminә
faydalanmaq – mövcud vәziyyәtdә bu, yeganә çıxış yolu idi.
Çünki çar hökumәti onilliklәr boyu ana dilindә qәzet, yaxud
jurnal nәşri ilә bağlı Azәrbaycan ziyalılarının xahiş vә
tәşәbbüslәrini inadla eşitmәmәzliyә vururdu.
“Kaspi” 1881-ci ildәn nәşr olunurdu. Lakin Әlimәrdan bәy
gәlәnә kimi yerli xalqın tarixi, mәdәniyyәti, gündәlik hәyatı,
istәk vә arzuları, problemlәri onun sәhifәlәrindә çox az, epizodik
yer tutmuşdu. Yeni redaktorun ardıcıl, sәbatlı milli mövqeyi
nәticәsindә qәzet tezliklә milli ziyalıları әtrafına toplayıb,
ictimai-siyasi dairәlәrdә Azәrbaycan xalqının sözçüsü kimi
tanınmağa başladı. Müasirlәri, bәlkә dә, haqlı olaraq onu
“Müsәlman Kaspisi” adlandırırdılar.
Redaktor kimi, qәzetin ilk sayını çapa imzaladığı 1898-ci
ilin 24 iyul günü Ә.Topçubaşov yazırdı: “Cәmiyyәt mәdәni